Qərb demokratiyadan yararlanıb Şərqə basqılar edir

Artıq on illərlədir ki, Azərbaycan qərəzli olaraq Qərbin, Avropanın, o cümlədən Birləşmiş Ştatların ədalətsiz yanaşması, qeyri-obyektiv mövqeyi ilə üzləşir. Bir qayda olaraq ölkə mühüm ictimai-siyasi, mədəni-kütləvi tədbirlər astanasında olanda həmin dairələrdə də Azərbaycana qarşı aktivlik müşahidə edilir.

Məqsəd regionu öz təsiri altına salmaq və onun zəngin sərvətlərini talamaqdır

Artıq on illərlədir ki, Azərbaycan qərəzli olaraq Qərbin, Avropanın, o cümlədən Birləşmiş Ştatların ədalətsiz yanaşması, qeyri-obyektiv mövqeyi ilə üzləşir. Bir qayda olaraq ölkə mühüm ictimai-siyasi, mədəni-kütləvi tədbirlər astanasında olanda həmin dairələrdə də Azərbaycana qarşı aktivlik müşahidə edilir. Qərbdəki və Birləşmiş Ştatlardakı erməni lobbisi, islamofob dairələrin təsiri altına düşən, onlardan külli miqdarda maliyyə vəsaiti qoparan bəzi konqresmenlər, sabiq diplomatlar həmin ərəfədə ölkəmizlə bağlı yalan, böhtan dolu qətnamələr, bəyanatlar da hazırlayıb onu ilk növbədə cəmiyyətə ötürür və bununla da xalqla hakimiyyət arasında çat yaratmaq istəyirlər. "Aşığın sözü bitdikdə dalay-dalay edər" prinsipi ilə işləyən həmin dairələrin əzbər bildikləri yalnız bir söz var. Guya ki, Azərbaycanda insan hüquqları və demokratiya məsələləri pozulur. Əslində isə hər kəsə məlumdur ki, erməni lobbisinin maraqlarına xidmət edən bu şəxsləri, onlara rəhbərlik edən konqresmen və sabiq diplomatları yalnız Azərbaycanı Liviya, Suriya, İraq, Misirə çevirmək maraqlandırır. Necə ki, yuxarıda adlarını qeyd etdiyimiz ölkələr hələ də Birləşmiş Ştatlar və Qərbin "demokratiya" və "insan hüquqları"ndan əziyyət çəkir. Qeyd edilən ölkələr Amerika və Qərbin demokratiya vədinin əvəzində hələ də xaos, anarxiya, vətəndaş qarşıdurması yaşayır. Hər gün bu mənfi tendensiyadan onlarla adam həlak olur. Məhz Azərbaycanda da bunu təkrar etmək arzusu illərdir alışıb yanır. Lakin xalqın, ölkə vətəndaşlarının hakimiyyətlə həmrəy olması, onu dəstəkləməsi ermənipərəst qüvvələrin Azərbaycanla bağlı planlarının reallaşmasını əngəlləyir. Çox yaxşı haldır ki, əksəriyyət Qərbin bu "demokratiya" oyununu dəqiq bildiyi üçün onu qəbul etmir. Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, Qərb demokratiyanı özü üçün qurub və inhisara da alıb. Onun sözlərinə görə Qərb heç zaman imkan verməz ki, Şərqdə, o cümlədən Azərbaycanda demokratiya, demokratik üsul-idarəçilik olsun: "Qərb demokratiyadan yararlanıb Şərqə basqılar edir və bunun sonucunda da Şərqi öz təsiri altına salmağa və Şərqin zəngin sərvətlərini talamağa can atır. Odur ki, Qərbin oxuduğu demokratiya mahnısının səmimiliyi, xoşrəngliyi və faydası yoxdur". Rövşən Məmmədli qeyd edib ki, Qərb Şərq dövlətlərində "demokratiyanın pozulmasına" özü şərait yaradır və bunlara öncə gözünü yumur: "Elə ki,"demokratiya qaydaları" pozuldu, başlayır o dövlətin hakimlərini sıxıb-boğmağa ki, öz niyyətinə çatıb o dövlətdən istədiyi güzəşti qopartsın. İstəyin əldə etdikdən sonra uzaqgörən şairimiz Seyid Əzim demiş: "belə ölülərə qurbandır dirilərimiz" deyib növbəti şantaja qədər susurlar. Odur ki, Qərbi bacardıqca tez anlayln və onlar üçün bumeranq olun". Millət vəkili Siyavuş Novruzov deyib ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyi beynəlxalq səviyyədə də qeyd edilir: "Məlum olduğu kimi, ABŞ-ın "Gellap İnternasional" təşkilatı hər bir seçkidən öncə ölkədə siyasi durumu, xalqın həyata keçirilən siyasətə inam və etimadını öyrənmək üçün sorğular təşkil edir. Hər bir sorğunun nəticəsi ölkəmizdə xalq-iqtidar birliyinin yüksək səviyyədə olduğunu, atılan addımların təqdir edildiyini, ən əsası irəli sürülən təşəbbüslərin dəstəklənməsinin hərtərəfli inkişafa geniş yol açdığını bir daha nümayiş etdirir. Bu fikir beynəlxalq ekspertlər tərəfində də etiraf edilir ki, xalq-iqtidar birliyinin möhkəm olduğu bir ölkədə xalqın narazılığından danışmaq qeyri-mümkündür". Millət vəkili deyib ki, Qərbdəki ermənipərəst dairələrin iddia etdiyindən fərqli olaraq demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər ölkəmizdə mövcuddur: "İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların və ictimai birliklərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və yeni təcrübələrin tətbiqi ölkəmizdə demokratik prinsiplərin yüksək səviyyədə qorunduğu bir daha ortaya qoyur. Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması onlara diqqət və qayğının təsdiqidir. Ölkədə bütün siyasi partiyalara bərabər şərait yaradılıb, ayrı-seçkilikdən söhbət gedə bilməz. Hər bir siyasi qüvvə ölkədə keçirlən seçki prosesinə qatılıb nüfuzundan və sosial dayağından bəhrələnərək qələbəsini təmin edə bilər. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi də demokratik inkişafa xidmət edən mühüm addımlardandır. Məlum olduğu kimi, 2003-cü ildə Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsi qəbul olunub. Bu sənəd ölkədə bütün seçkilərin, eyni zamanda ümumxalq səsverməsinin demokratik, azad və şəffaf keçirilməsini təmin edir. Amma hər bir inkişaf, tərəqqi yeniləşməni, təkmilləşməni tələb etdiyi üçün Seçki Məcəlləsinə də mütəmadi olaraq əlavə və dəyişikliklər edilir". Siyavuş Novruzov deyib ki, Azərbaycan mətbuat azadlığı, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb və Avropa dövlətindən geri qalmır: "Ölkəmizdə hazırda 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının, yüzlərlə mətbu orqanın, müxtəlif səpkili internet portalların və s. qeydiyyatdan keçməsi də demokratik inkişafın göstəricilərindəndir. Sosial şəbəkələr tam sərbəst fəaliyyət göstərir. Qeyd etdiyim kimi, onların fəaliyyəti üçün mövcud qanunvericilik bazasının ildən-ilə təkmilləşdirilməsi dövlətimizin siyasətində müasirləşmənin, yeniləşmənin əsas xətt kimi qəbul edildiyini təsdiqləyir. Bu kimi faktlar eyni zamanda göstərir ki, siyasətində insan hüquqlarının qorunmasına və demokratik islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirən Azərbaycanın dünya dövlətləri,

beynəlxalq təşkilatlarla əməkdaşlığı tərəflərin maraqlarına uyğun şəkildə davam etdirilir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən iqtisadi tərəqqi demokratik təsisatların inkişafı üçün etibarlı zəmin yaradır. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə hər il islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov bildirib ki, mal-mülk, var-dövlət harada çox olursa xarici qüvvələrin də məkanı, diqqəti orada olur. Onun sözlərinə görə, xarici qüvvələr dünyanı istismar etmək üçün hökumətlərə təzyiq edir və həmin ölkələrdə sabitliyi pozmağa çalışırlar: "Xarici güclər dünyaya bir qazanc yeri və öz təsir dairələri olaraq baxırlar. Onların bütün xain layihələri tək mərkəzdən idarə olunur. Ümumiyyətlə, dünyadakı bütün müharibələr və ziddiyətlər vahid mərkəzdən, əvvəlcədən planlanmış bir layihədir. Hətta, Birinci və İkinci dünya müharibələri də buna daxildir. 1990-cı ildən isə Yaxın Şərq layihəsi ortaya atılıb". Cəlal İbrahimov qeyd edib ki, xarici güclər hansı yolu tutsalar da, bizim yolumuz artıq bəllidir: "Bizim yolumuz haqq- ədalət yoludur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31