Lənkəranın 111 yaşlı sakini səsvermədə iştirak edib

Lənkəran rayonunun 111 yaşlı sakini səsvermə hüququndan istifadə edib. Report bildirir ki, rayonun Boladi kənd sakini Şabikə Fərhad qızı Axundova 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının 28 saylı məntəqəsində qeydiyyatdadır. 

Lənkəran rayonunun 111 yaşlı sakini səsvermə hüququndan istifadə edib.

Report bildirir ki, rayonun Boladi kənd sakini Şabikə Fərhad qızı Axundova 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının 28 saylı məntəqəsində qeydiyyatdadır. 

Ş.Axundovanın  səsvermədə iştirakını təmin etmək məqsədilə məntəqədən daşınan qutu onun yaşadığı ünvana gətirilib.

Bütün səsvermələrdə iştirak etdiyini deyən Ş.Axundova Konstitusiyaya ediləcək dəyişikliklərin xalqımıza xeyirli olmasından ötrü dualar edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31