Siyasət
Lənkəran sakinləri səsvermədə fəallıq nümayiş etdirirlər
Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə ümumxalq səsverməsi Lənkəranda seçici fəallığı ilə müşahidə olunur. Report-un məlumatına görə, rayon ərazisində 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masalı və 76 saylı Lənkəran - Astara Dairə Seçki Komissiyaları (DSK) fəaliyyət göstərir.
Səbaildə seçici aktivliyi müşahidə edilir
Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə sentyabrın 26-da səsvermənin ilk saatlarından məntəqələrə axın başlanıb. Dairə seçki komissiyasının sədri Cahangir Məmmədov bildirib ki, 38 min 727 seçicinin qeydiyyatda olduğu dairənin ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Əlavə olaraq rayondakı iki hərbi hissədə, Şamama Ələskərova adına Kliniki Doğum Evində, Mərkəzi Kliniki Xəstəxanada, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində və bp-nin 7 platformasında məntəqələr yaradılıb. Məntəqələr bütün zəruri ləvazimatla təchiz olunub.
İlyas Umaxanov: Azərbaycanda 10 illərdir referendum və seçkilər çox yüksək səviyyədə keçirilir
Azərbaycanda referendum yüksək səviyyədə təşkil olunub. Bunu Trend-ə MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov deyib.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində səsvermə aktivləşib
Qaradağ rayonunun seçiciləri ilə səsverməyə bayram əhval-ruhiyyəsi ilə qatılırlar. Məntəqələrdə olan müxbirinin verdiyi məlumata görə, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 5 saylı məntəqəsində seçki fəallığı müşahidə olunur.
İtaliyalı müşahidəçi: "Azərbaycanda yüksək demokratik seçki mühiti mövcuddur"
"Ümumxalq səsverməsi ərəfəsi təbliğat-təşviqat kampaniyasını yaxından izlədik. Gəldiyim qənaət bu oldu ki, insanlar konstitusiya dəyişikliyi ilə bağlı müddəalardan kifayət qədər məlumata malikdirlər. Bunun nəticəsidir ki, bu gün yüksək seçici fəallığı müşahidə olunur". Bunu SİA-ya açıqlamasında Nəsimi 22 saylı dairə seçki komissiyasının 27 saylı məntəqəsində ümumxalq səsverməsini - referendumu yaxından müşahidə etmiş İtaliya təmsilçiləri Nissa Poskali və Farone Qladiyo bəyan ediblər.
Devid Morris: “Səsvermənin beynəlxlaq standartlara cavab verdiyi qənaətindəyəm
"Getdiyimiz seçki məntəqələrində qanun pozuntusu ilə qarşılaşmamışıq və səsvermənin normal qaydada davam etdiyini müşahidə etdik".SİA xəbər verir ki, bu fikirləri Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Devid Morris təmsil etdiyi qurumun keçirilən səsvermə ilə bağlı apardığı müşahidələrdən gəldiyi qənaətini açıqlayarkən deyib.
Referendumun saat 12:00-a olan NƏTİCƏLƏRİ
Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Azərbaycanda nə dəyişdirilir? – REFERENDUM AKTI
Azərbaycan Mətbuat Şurasının məlumatı
Saat 12:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb. Paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.
38 saylı seçki məntəqəsinin sədri: Seçici fəallığı hiss olunur
Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 2 seçki məntəqəsi fəaliyyət göstərir. Məlumata görə, 28 saylı 3-cü Sabunçu Dairə Seçki Komissiyasının 37 və 38 saylı seçki məntəqələrində məhkumlar səs verirlər.
TÜRK PA missiyası: Azərbaycanda referendumda səsvermə mütəşəkkil və sakit keçir
Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səsvermə mütəşəkkil və sakit keçir.
Prezidentin köməkçisi: “Hər müxalifət və partiya da öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir”
"Müxalifətin vəzifəsi mövcud hakimiyyətə opponentlik etməkdir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
1 və 15 saylı cəzaçəkmə müəssisələrində səsvermə davam edir
Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 1 və 15 saylı cəzaçəkmə müəssisəsində səsvermə keçirilir.
Əli Həsənov: "Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir"
Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Sevinc Fətəliyeva AŞ PA-nın tədbirinə qatılacaq
Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA çərçivəsində keçiriləcək tədbirlə əlaqədar sentyabrın 27-də Fransanın Strasburq şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, millət vəkili Uşaq hüquqları məsələləri üzrə müvəqqəti komitənin birinci iclasında iştirak edəcək, yığıncaqda qaldırılan məsələlərə münasibət bildirəcək. Səfər sentyabrın 30-da başa çatacaq.














