12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində səsvermə aktivləşib
Qaradağ rayonunun seçiciləri ilə səsverməyə bayram əhval-ruhiyyəsi ilə qatılırlar. Məntəqələrdə olan müxbirinin verdiyi məlumata görə, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 5 saylı məntəqəsində seçki fəallığı müşahidə olunur.
26 Sentyabr 2016 12:46 SiyasətQaradağ rayonunun seçiciləri ilə səsverməyə bayram əhval-ruhiyyəsi ilə qatılırlar. Məntəqələrdə olan müxbirinin verdiyi məlumata görə, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 5 saylı məntəqəsində seçki fəallığı müşahidə olunur.
Məntəqə sədri Ismayılova Intizar bildirib ki, məntəqənin seçici siyahısında 1379 nəfər var. Onun sözlərinə görə, saat 11-ə olan məlumata görə, artıq 300-dən çox seçici səs verib: "Seçicilər səsvermədə aktiv iştirak edir. Seçici fəallığı qaneedicidir".
Həmin dairə üzrə 9 saylı seçki məntəqəsinin sədri Hüseynli Marina SİA-ya açıqlamasında səsvermə prosesinin gedişindən razılığını bildirib. O deyib ki, məntəqə üzrə 40 faiz seçici öz seçimini edib. 5 saylı şeçki məntəqəsində də səsverənlər aktivlik göstərirdilər.
Digər məntəqə sədri Abbasov Allahverdi səsvermədə iştirak edənlərin razılıq bildirdiklərini söyləyib. O qeyd edib ki, məntəqənin siyahısında olan 1033 nəfərdən artıq 400 nəfəri səsvermədə iştirak edib.
2 saylı məntəqənin sədri Şıxəliyev Süleyman səsverməyə gələnlərin yüksək əhval ruhiyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, seçici siyahısında olan 1372 nəfərdən 400-ü səs verib.
11 saylı seçki məntəqəsininin sədri Hüseynova Xanımgül bildirib ki qısa müddətdə seçici fəallığı özünü göstərməkdədir. Onun sözlərinə görə seçicilər sevinc hissi ilə mənətəqələrə gəlib öz seçimlərini bildirirlər.