Siyasət

Azərbaycan prezidenti: “Referendumun yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər görülüb”

26 Sentyabr 2016 18:33

Azərbaycan prezidentiİlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaanın başçılıq etdiyi, Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelonun, eləcə də Malta, Serbiya, İtaliya, Fransa, Monteneqro, Bosniya və Herseqovina, Rumıniya parlamentlərinin deputatlarının və Avropa Şurası Parlament Assambleyasının üzvlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Referendum: saat 17:00-a 63,6 faiz seçici səs verib

26 Sentyabr 2016 18:30

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

"Qadın seçicilər daha aktivdirlər"

26 Sentyabr 2016 18:29

"Referendumla bağlı heç bir problem və nöqsanla rastlaşmamışıq".

Avropalı deputat: "Bu, Azərbaycanın azadlığı və demokratiyası üçün böyük addımdır"

26 Sentyabr 2016 18:27

"Referendum sizin ölkəniz üçün mühüm bir hadisədir". 

Rusiyalı ekspertlər: "Dəyişikliklər islahatlar üçün bazis rolunu oynayacaq" - XARİCDƏN BAXIŞ

26 Sentyabr 2016 18:17

"Dövlət idarəçiliyi strukturunda vitse-prezidentlik institutunun yaradılması bu sistemin effektliyini artıracaq". SİA xəbər verir ki, bu barədə ria.ru saytına Moskva Dövlət Universitetinin postsovet məkanı üzrə tədqiqi Mərkəzinin direktor müavini,  Rusiya Elmlər Akademiyasının İqtisadiyyat institutunun eksperti Aleksandr Karavayev Azərbaycanda keçirilən Referendum - ümumxalq səsverməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

AŞPA-nın müşahidəçisi: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir

26 Sentyabr 2016 18:14

"Ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır". Milli.Az bildirir ki, bunu 23 saylı Səbail dairə seçki komissiyasının 4 saylı məntəqəsində referendumu yaxından izləmiş AŞPA-dan olan müşahidəçi Sevda Gündüz SİA-ya verdiyi açıqlamasında bəyan edib.

Andre Rişar: "Müşahidələr referendumun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur"

26 Sentyabr 2016 18:13

Sentyabrın 26-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İspan siyasətçi: "Azərbaycan demokratiyanın ən yüksək səviyyəsini yaşayır"

26 Sentyabr 2016 18:11

"Azərbaycanda seçkilər tam şəffaf şəkildə keçirilir". 

İtaliyalı müşahidəçi: "Azərbaycanda referendum yaxşı təşkil olunub"

26 Sentyabr 2016 18:10

"Azərbaycanda referendum yaxşı təşkil olunub". Bunu Trend-ə italiyalı müşahidəçi Serxio Divina deyib.

Belçika Konstitusiya Məhkəməsinin hakimi: "Azərbaycanla bağlı ən böyük narahatlığım..."

26 Sentyabr 2016 18:09

"Azərbaycanda bir neçə dəfə seçkini izləmişəm. Biz həmkarlarımızla fikir mübadiləsi apardıq və müşahidələr göstərdi ki, seçkilərin keçirilməsində keyfiyyət baxımından irəliləyişlər var".

"Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir"

26 Sentyabr 2016 18:08

"Saat 8-dən Azərbaycanda keçirilən referendumla bağlı bir neçə məntəqədə olub, insanların səsverməsini müşahidə etmişəm. Yüksək seçki fəallığı mövcuddur". Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında 29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDB təmsilçiləri Dmitrii Azarov və İlyas Umaxanov bəyan ediblər.

Avstriyalı müşahidəçi: "Azərbaycanda referendum problemsiz keçir"

26 Sentyabr 2016 18:05

"Biz Azərbaycanda referendumun keçirilməsi prosedurunda çatışmazlıq görmədik". Bunu Trend-ə avstriyalı müşahidəçi, ATƏT PA-nın sabiq vitse-prezidenti Volfqanq Qrossruk deyib. Onun sözlərinə görə, seçki komissiyasının üzvləri də qeyd ediblər ki, referendum problemsiz keçir.

Senator: Azərbaycanda seçkilərin təşkili Fransadan fərqlənmir

26 Sentyabr 2016 17:49

Azərbaycanda seçkilərin təşkilində gördüklərimiz Fransada tətbiq etdiklərimizdən fərqlənmir. Bunu Trend-ə açıqlamasında Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişar deyib.

Avstriya Parlamentinin üzvü: “Müşahidə apardığımız məntəqələrdə qanun pozuntusunun şahidi olmadıq”

26 Sentyabr 2016 17:45

"Bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünür ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün bizə rüşvət verilib. Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik".