Siyasət

İtaliyalı deputat: "Yaxşı təşkilatçılığın şahidi olduq"

26 Sentyabr 2016 19:45

"Günün ikinci yarısında artıq seçicilərin 30%-i səsvermədə iştirak etmişdi". Bu sözləri APA-ya açıqlamasında İtaliya parlamentinin deputatı,AŞPA-nın üzvü Klaudio Fazzone deyib. O bildirib ki, müxtəlif seçki məntəqələrinə baş çəkiblər: “Yaxşı təşkilatçılığın şahidi olduq. Seçicilərə hörmət gördük.  Səhər vaxtı daha çox qadınların səs verdiyini gördük. İnsanlar üçün rahat şərait yaradılmışdı”. 

Fransalı deputat: "Müşahidələr zamanı qanun pozuntusuna rast gəlməmişəm"

26 Sentyabr 2016 19:44

"Müşahidələr zamanı heç bir qanun pozuntusuna rast gəlməmişəm”. Bunu APA-ya açıqlamasında Fransa parlamentinin deputatı,AŞPA üzvü Dalloz Marie Kristin deyib.

Mətbuat Şurası referendumla bağlı monitorinqi başa çatdırıb

26 Sentyabr 2016 19:37

Azərbaycan Mətbuat Şurası 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş referendumda jurnalistlərin peşə vəzifəsini yerinə yetirilmələri istiqamətindəki monitorinqini başa çatdırıb.

Ramiz Mehdiyev: “Venesiya Komissiyası tapşırıqlar əsasında belə məlumatlar yayıb”

26 Sentyabr 2016 19:33

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Avropa Şurasının Venesiya Komissiyasının ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum aktı layihəsinə bildirdiyi rəyə münasibətini açıqlayıb.

Səsvermə zamanı guya saxtakarlığa yol verilməsi ilə bağlı yayılan videonun heç bir əsası yoxdur

26 Sentyabr 2016 19:30

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səsvermə zamanı guya qayda pozuntusuna yol verilməsi ilə bağlı yayılan videonun heç bir əsası yoxdur.

Rusiyalı müşahidəçi: Referendumda respublika rəhbərliyi əhəmiyyətli etimad rəyi alacaq

26 Sentyabr 2016 19:29

Azərbaycanda referendumda seçki məntəqələrində müşahidə edilən seşki fəallığı nəzərə alınmaqla respublika rəhbərliyi əhəmiyyətli etimad rəyi alacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səs verib

26 Sentyabr 2016 18:57

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 2016-cı il 26 iyul tarixli Sərəncamına uyğun olaraq sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi (referendum) keçirilib.

Almaniyadakı vətəndaşlarımızın 25 faizindən çoxu səs verib

26 Sentyabr 2016 18:56

Almaniyadakı vətəndaşlarımızın 25 faizindən çoxu səs verib.

Deputatımız Astanada səs verdi

26 Sentyabr 2016 18:55

Qazaxıstanın Astana şəhərində keçirilən Parlamentlərarası Forumda iştirak edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev ölkəmizin Qazaxıstandakı səfirliyində səs verib. “Olaylar” Azərtac-a istinadən xəbər verir ki, deputat deyib: “Astanaya ilk səfərim əlamətdar bir vaxta təsadüf edib. Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərlə bağlı referendum ölkəmiz üçün taleyüklü, çox mühüm siyasi hadisədir. Mənə bu dəfə ölkəmizin bir hissəsi olan səfirliyimizdə səs vermək nəsib oldu. Düşünürəm ki, referendumun nəticələri Azərbaycanda keyfiyyətcə yeni bir mərhələyə keçidi təmin edəcək. Ölkəmizin dünyada mövqeyini möhkəmləndirəcək, islahatların daha da sürətləndirilməsini, müstəqilliyin möhkəmləndirilməsini, əhalinin firavan gələcəyini təmin edəcək”. 

Batumidəki konsulumuz da səsvermədə iştirak edib

26 Sentyabr 2016 18:48

Azərbaycan Respublikasının Batumidə (Gürcüstan) olan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, səsvermə prosesi sentyabrın 26-da yerli vaxtla səhər saat 8.00-da başlayıb.

Rusiyadakı soydaşlarımız referendumda ruh yüksəkliyi ilə iştirak ediblər

26 Sentyabr 2016 18:47

Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Rusiyada yaşayan həmvətənlərimizdə ruh yüksəkliyi ilə iştirak ediblər. Bu barədə Diaspor məsələləri üzrə ekspert ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib. Toğrul Allahverdilinin sözlərinə görə, sevindirici haldır ki, Rusiyada yaşayan seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından səfirlikdə təşkil olunan məntəqəyə gəlib və səsvermədə fəal iştirak ediblər. İki saata yaxın müşahidə apardığını deyən Allahverdili seçkinin demokratik qaydalara uyğun olduğunu və qanun pozuntusuna rast gəlmədiyini bildirib. 

Azərbaycan prezidenti Pakistan müdafiə sənayesi nazirini qəbul edib

26 Sentyabr 2016 18:44

Azərbaycan prezidentiİlham Əliyev Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ramiz Mehdiyev səs verib

26 Sentyabr 2016 18:43

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün keçirilən referendumda səs verib.

Avropa Parlamentinin keçmiş üzvü: "Səslərin hesablanmasını müşahidə edəcəyik"

26 Sentyabr 2016 18:41

“Saat 19:00-da artıq səslərin hesablanmasını müşahidə edəcəyik”.