Rusiyadakı soydaşlarımız referendumda ruh yüksəkliyi ilə iştirak ediblər
Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Rusiyada yaşayan həmvətənlərimizdə ruh yüksəkliyi ilə iştirak ediblər. Bu barədə Diaspor məsələləri üzrə ekspert ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib. Toğrul Allahverdilinin sözlərinə görə, sevindirici haldır ki, Rusiyada yaşayan seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından səfirlikdə təşkil olunan məntəqəyə gəlib və səsvermədə fəal iştirak ediblər. İki saata yaxın müşahidə apardığını deyən Allahverdili seçkinin demokratik qaydalara uyğun olduğunu və qanun pozuntusuna rast gəlmədiyini bildirib.
26 Sentyabr 2016 18:47 SiyasətKonstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Rusiyada yaşayan həmvətənlərimizdə ruh yüksəkliyi ilə iştirak ediblər. Bu barədə Diaspor məsələləri üzrə ekspert ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib. Toğrul Allahverdilinin sözlərinə görə, sevindirici haldır ki, Rusiyada yaşayan seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından səfirlikdə təşkil olunan məntəqəyə gəlib və səsvermədə fəal iştirak ediblər. İki saata yaxın müşahidə apardığını deyən Allahverdili seçkinin demokratik qaydalara uyğun olduğunu və qanun pozuntusuna rast gəlmədiyini bildirib.