İspan siyasətçi: "Azərbaycan demokratiyanın ən yüksək səviyyəsini yaşayır"
"Azərbaycanda seçkilər tam şəffaf şəkildə keçirilir".
26 Sentyabr 2016 18:11 Siyasət"Azərbaycanda seçkilər tam şəffaf şəkildə keçirilir".
Bu sözləri APA-ya açıqlamasında İspaniya parlamentinin deputatı, NATO PA-nın üzvü Çixilo Barber Xose Maria deyib. O bildirib ki, Azərbaycan demokratiya dövrünün ən yüksək səviyyəsini yaşayır: "Gənclərdən yaşlılara qədər seçicilərə rast gəlmişik. Bununla dövlət Azərbaycan xalqının Konstitusiyaya edilən dəyişikliklərdə iştirak etməsinə şərait yaradır. Biz bir daha şahid olduq ki, Azərbaycan böyük addımlar atır. Hər bir vətəndaş üçün şərait yaradılıb ki, öz fikrini ifadə etsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31