Avstriya Parlamentinin üzvü: “Müşahidə apardığımız məntəqələrdə qanun pozuntusunun şahidi olmadıq”
"Bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünür ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün bizə rüşvət verilib. Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik".
26 Sentyabr 2016 17:45 Siyasət"Bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünür ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün bizə rüşvət verilib. Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik".
Bunu APA-ya Avstriya Parlamentinin üzvü Qorburq Volfanq deyib. O, bu gün 6 seçki məntəqəsində müşahidə apardığını deyib: "Heç birində qanun pozuntusunun şahidi olmadıq. Deyə bilərəm ki, olduğumuz seçki məntəqələrində seçici fəallığı yüksək idi, artıq seçicilərin dörddə bir hissəsi səs vermişdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31