Siyasət

Hollandiyadakı diaspor rəhbərinin polisə çağırılması Milli Məclisdə etirazla qarşılanıb

30 Sentyabr 2016 12:59

Milli Məclisin iclasında Hollandiyadakı Azərbaycan diasporunun rəhbəri İlhan Aşkının ermənilərin şikayəti əsasında polisə çağırılması ilə bağlı məsələ qaldırılıb.

Azərbaycan dünyadakı mövcud humanitar problemlərin aradan qaldırılmasına ən çox töhfə verən ölkələrdəndir

30 Sentyabr 2016 12:55

Bu günlərdə Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir.  Belə ki, Bakıda sayca beşinci Beynəlxalq Humanitar Forum keçirilir.  2010-cu ildən ənənəvi olaraq keçirilən bu forumda müzakirə edilən məsələlər əsasən müasir dünyamızı narahat edən problemlər olur. 

Beynəlxalq aləm Ermənistanın aqressiyasına göz yumur

30 Sentyabr 2016 12:38

Aprel döyüşlərindən sonra ciddi təlaş keçirərək Azərbaycan Silahlı Qüvvələrinin gücü, potensialı qarşısında aciz duruma düşən Ermənistan son vaxtlar yenidən aqressiv mövqe nümayiş etdirməyə başlayıb. Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra danışıqlar prosesinə daha çox maraq göstərən işöalçı ölkənin hazırda bu prosesdən yayınmağa çalışdığı müşahidə edilir. Bunun arxasında isə Rusiyanın işğalçı ölkəni yenidən silahlandırması dayanır. Xəbərlərdən də aydın olduğu kimi Rusiya Federasiyası Ermənistana bir müddət əvvəl yeni silah növləri, artileriya qurğuları, eləcə də ”İsgəndər M” raket kompleksi satıb. Elə bu səbəbdəndir ki, artıq Ermənistan sülh danışıqlarına deyil, təhdid, hədə variantına daha çox üstünlük verir.

67 ildən sonra bir ilkə imza atıldı

30 Sentyabr 2016 12:39

Bu günlərdə Türkiyədə Türk dünyası, xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyətə malik bir hadisə baş verib. Belə ki, Bakının erməni-bolşevik birləşmələrindən təmizlənməsində misilsiz xidmətləri olan Türk generalı Nuru Paşa üçün 67 ildən sonra ilk dəfə cənazə namazı qılınıb və onun məzarı abadlaşdırılıb. Bu məqsədlə qardaş ölkədə keçirilən izdihamlı mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Məlumat üçün qeyd edək ki, İstanbulun Ədirnəqapı məzarlığında Nuru Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib. Əvvəlcə, Nuru Paşa üçün cənazə namazı qılınıb.

Oqtay Əsədov: “Azərbaycanla münasibətləri bərpa etmək üçün Avropa Parlamenti tərəfindən müxtəlif cəhdlər olub”

30 Sentyabr 2016 12:23

“Ötən bir il ərzində Avropa Parlamentitərəfindən Azərbaycan Milli Məclisinə dəfələrlə müraciətlər daxil olub, səfərlər edilib, münasibətləri yenidən bərpa etmək üçün cəhdləri göstərilib”.

Rusiya XİN: Vaşinqtonun Moskva ilə əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq

30 Sentyabr 2016 11:54

"ABŞ hakimiyyətinin Suriyaməsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq".

Abraham Kuper: "Biz tolerantlığın əsgərlərinə, səfirlərinə çevrilməliyik"

30 Sentyabr 2016 11:42

"Mən həmişə sizin ölkənin dostu olmuşam və bundan sonra da olacam. Azərbaycanın aparıcı siyasi xadimlərinə unikal dayanıqlığına görə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamnı ABŞ-ın Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper deyib.

YUNESKO-nun direktor müavini: "Transformasiya mühitində keyfiyyətli jurnalistika önəmlidir"

30 Sentyabr 2016 11:41

Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda Dəyirmi Masanın “İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” adlı birinci paneli keçirilib. SİA-nın məlumatına görə, Dəyirmi Masanın moderatoru Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman olub.

Fəttah Heydərov: "Tolerantlığın nə olduğunu Azərbaycanda biləcəksiniz"

30 Sentyabr 2016 11:41

"V Bakı Beynəlxalq Humanitar Forumunun ölkəmizdə keçirilməsi və xaricdən xeyli sayda qonağın Azərbaycana gəlməsi çox sevindiricidir. Sizlər hər biriniz dünyada tanınan, yaxşını və pisi ayıran insanlarsınız". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Fəttah Heydərov deyib.

Vole Şoyinka: "Din dəyişir və bir növ təhdid olunur"

30 Sentyabr 2016 11:40

"Terrorçu Bako Haramın pis əməlləri kütləvi şəkildə məktəb qızlarının öldürülməsinə gətirib çıxardı. Bu, bir növ dözümsüzlükdür və insanların bir yerdə yaşamasının inkar edilməsidir. Bu, nasizmdən çox da fərqlənmir. Onlar qeyri-bərabərlik, dözümsüzlük nəzəriyyəsini aşılamağa çaılışırlar". SİA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı Nigeriyanın ədəbiyyat üzrə Nobel mükafatçısı Vole Şoyinka deyib.

Anatoli Torkunov: "Biz bir yerdə sülh şəratində yaşamaq təcrübələrini öyrənməliyik"

30 Sentyabr 2016 11:32

"Hesab edirəm ki, siyasi praktikada V Bakı Beynəlxalq Humanitar Forumunun təcrübələrindən faydalanmaq və bunu dəyərləndirmək lazımdır". SİA-nın məlumatına görə, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, REA-nın həqiqi üzvü Anatoli Torkunov deyib.

QMİ sədri: "Azərbaycan multikultural ənənələri özündə birləşdirən ölkə kimi tanınır"

30 Sentyabr 2016 11:31

“Dini dəyərlərin qorunduğu Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yahudilər və digər etiqad sahiblərinin dinc və sülh şəraitində yaşaması uca yaradana xoş gedən məqamlardandır”.

Komitə sədri: “Suriyadan gələn ermənilər Dağlıq Qarabağa yerləşdirilir”

30 Sentyabr 2016 11:27

“Son illər dünyada baş verən münaqişə, müharibə və yoxsulluq səbəbindən kütləvi miqrasiyanın dairəsi genişlənir”.