Siyasət

Azərbaycan dövlət başçısı UEFA prezidentini qəbul edib

30 Sentyabr 2016 10:59

Azərbaycan prezidentİlham Əliyev UEFA-nın prezidenti Aleksander Çeferini qəbul edib.

Azərbaycan nümayəndə heyəti Şimon Peresin dəfnində iştirak etmək üçün İsrailə yola düşüb

30 Sentyabr 2016 10:57

Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti Tel-Əvivə yola düşüb.

Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində xatirə kitabı açılacaq

30 Sentyabr 2016 10:56

İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Kamal Abdulla: “Bu gün Azərbaycan modelini fəxrlə bütün dünyaya göstəririk”

30 Sentyabr 2016 10:55

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilir.

Dövlət Departamenti: ABŞ Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirəcək

30 Sentyabr 2016 10:47

ABŞ Suriyada uçuşların təhlükəsizliyinə dair müdafiə qurumlarının xətti ilə Rusiya ilə əməkdaşlığı davam etdirəcək.

Zayed Sultan: "Prezident İlham Əliyev forumdakı çıxışında dünyanı düşündürən məsələlərə toxundu"

29 Sentyabr 2016 18:26

"Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında dünyanı düşündürən məsələlərə toxundu və belə bir çıxışa həqiqətən böyük ehtiyac duyulurdu. Prezidentin çıxışında İslam dünyasının problemləri, müsəlman aləminin məruz qaldığı müharibələr, insanların öz yurd-yuvalarından qaçqın düşməsi və digər bu kimi aktual problemlər bütün dəqiqliyi ilə əksini tapıb".

Mehriban Əliyeva Argentina Milli Konqresinin Deputatlar Palatasının nümayəndə heyəti ilə görüşüb

29 Sentyabr 2016 18:03

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Xemenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb

29 Sentyabr 2016 18:00

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.

Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri ilə görüşüb

29 Sentyabr 2016 17:58

Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri Patrisiya Ximenezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qazaxıstanın dövlət katibi ilə görüşüb

29 Sentyabr 2016 17:57

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova ilə görüşüb.

Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb

29 Sentyabr 2016 17:55

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

İlham Əliyev İsrailin keçmiş Prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib

29 Sentyabr 2016 17:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da İsrail Dövlətinin ölkəmizdəki səfirliyində olub.

V Bakı Beynəlxalq Humanitar Forumu başlandı

29 Sentyabr 2016 17:10

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. İki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir.