Dövlət Departamenti: ABŞ Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirəcək
ABŞ Suriyada uçuşların təhlükəsizliyinə dair müdafiə qurumlarının xətti ilə Rusiya ilə əməkdaşlığı davam etdirəcək.
30 Sentyabr 2016 10:47 SiyasətABŞ Suriyada uçuşların təhlükəsizliyinə dair müdafiə qurumlarının xətti ilə Rusiya ilə əməkdaşlığı davam etdirəcək.
"RİA Novosti"nin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
"Bəli, bu, əvvəlki kimi, bizim mövqemizdir", - deyə Kirbi müvafiq suala cavabında bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri bundan əvvəl Vaşinqtonun Rusiya ilə Suriyadakı münaqişənin nizamlanmasına dair danışıqları dayandırmaq həddində olduğunu bildirib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31