Siyasət

70 yaşlı vitse-spiker təltif edildi

18 Oktyabr 2016 18:18

Prezident İlham Əliyev Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovu təltif edib. “Olaylar” xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, sabah deputat V.Ələsgərovun doğum günüdür. Onun 70 yaşı tamam olur.

"Azərbaycanın qlobal nüfuzu çox yüksək səviyyəyə qalxıb"

18 Oktyabr 2016 17:54

Monteneqro prezidenti Filip Vuyanoviç Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə təbrik edib.

Avropa İttifaqı Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə bəyanat verib

18 Oktyabr 2016 17:52

Azərbaycan müstəqillik illəri ərzində hərtərəfli inkişaf edib. APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı sözçüsünün Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı bəyanatında deyilir.

Dünya Azərbaycanlı İş Adamlarının I Bakı Forumu təxirə salınıb

18 Oktyabr 2016 17:37

Bakıda keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə düşüb və daha münasib bir vaxtda keçirilməsi qərara alınıb.

"Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"

18 Oktyabr 2016 17:17

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sputnik-ə müsahibəsində deyib.

Prezident İlham Əliyev: "Terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil"

18 Oktyabr 2016 17:09

Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür.

"Müstəqilliyimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirilmişdir

18 Oktyabr 2016 16:14

Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşdirilmiş Kitabxana Sistemində 18 oktyabr Azərbaycan Respublikasını Müstəqilliyinin 25-ci il dönümü ilə əlaqədar "Müstəqilliyimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Ombudsman aparatının Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, tarixçi Ələsgər Mirzəzadə, digər təşkilatlardan dəvət olunmuş nümayəndələr və oxucular iştirak ediblər. Gecədə müstəqilliyimizə həsr edilmiş slayd və "Müstəqillik xalqın milli sərvətidir" başlıqlı sərgi nümayiş etdirilib.

Dağlıq Qarabağa Muxtar Respublika statusu verilə bilər

18 Oktyabr 2016 15:43

"Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev"Sputnik" agentliyinə müsahibəsində deyib.

Azərbaycanın 25 illik uğuru

18 Oktyabr 2016 15:40

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il keçdi. Yaxın tarixdən bəlli olduğu kimi Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Sənəddə bildirilirdi ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

Azərbaycanlı iqtisadçını İraqa niyə çağırdılar?

18 Oktyabr 2016 15:03

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu İraqa gedib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə iqtisadçı özü facebook sosial şəbəkəsində məlumat yayıb. Bildirib ki, səfər İraqıın neft nazirinin dəvəti ilə reallaşıb. İraqda keçirilən görüşlər zamanı Qubad İbadoğlu İraq hökümətə "Mədən sənayesində şəffaflıq təşəbbüsü"nün tətbiqi sahəsində məsləhətlər verəcək və İraq parlamentinin üzvlərinə təlim keçəcək.

Tamerlan Vahabov: “Azərbaycan güclənir”-  AÇIQLAMA

18 Oktyabr 2016 15:01

“Hesab etmirəm ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı qətnamələri icra etməməklə Cənubi Qafqazda müharibə ocağının yaranmasında maraqlı olsun”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Azərbaycan prezidenti Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

18 Oktyabr 2016 14:48

Prezident İlham Əliyev oktyabrın 18-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru, xanım Mersi Tembonu qəbul edib.

Əli Kərimli niyə əl-ayağa düşüb?- ANALİZ

18 Oktyabr 2016 14:46

AXCP sədri “siyasi məhbus” manipulyasiyası edir

Mübariz Əhmədoğlu: "Papanın səfəri Azərbaycana hədsiz fayda gətirdi"- MÜNASİBƏT

18 Oktyabr 2016 14:44

"Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesdə dəyişiklik yaranıb. ABŞ hesab edir ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin Bakıda 3 tərəfli format yaratması onun Qafqaz planının puç olması deməkdir". SİA-nın məlumatına görə, bunu bugün politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı"nda deyib.

Azərbaycanın beynəlxalq imici artır

18 Oktyabr 2016 14:18

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasətində ciddi uğurlara imza atıb. Ölkəmizin inkişaf səviyyəsi xarici dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığa imkan yaradıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bütün sahələr üzrə qarşılıqlı hörmət şəraitində əməkdaşlıq edir.