Azərbaycanın 25 illik uğuru

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il keçdi. Yaxın tarixdən bəlli olduğu kimi Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Sənəddə bildirilirdi ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il keçdi. Yaxın tarixdən bəlli olduğu kimi Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi. Sənəddə bildirilirdi ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

25 illik gənc, müstəqil Azərbaycanın keçdiyi yola nəzər salan millət vəkili Fəzail İbrahimli deyib ki, bu hadisə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, müstəqilliymizin bərpa olunduğu ilk illər çətin olsa da, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqımız bütün təhlükələrdən xilas oldu: "1993-cü ildə Heydər Əliyev Azərbaycanın bölünməsinin qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, nəticədə Azərbaycan 23 ay yaşayan o dövlətinin taleyini yox, 25 ildir ki, müstəqil yaşayır. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 25 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəbər beynəlxalq qurumların önündə ucalır. İnanıram ki, müstəqil Azərbaycan qarşıdakı illərdə də böyük nailiyyətlərə imza atacaq, bayrağımız daim zirvələrdə yüksələcək".

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev deyib ki, 25 ildə qazandıqlarımıza görə Ulu Öndər Heydər Əliyevə borcluyuq: "1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: "Siz "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır. 1992-ci ilin mayında Milli Məclistərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir. 18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. Biz 25 ildə qazandıqlarımıza görə Ulu Öndər Heydər Əliyevə borcluyuq". Azər Verdiyev həmçinin bildirib ki, eyni zamanda Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət birmənalı şəkildə ölkəmizin regionda və dünyada nüfuzunun artmasına gətirib çıxarıb: " Hesab edirəm qarşıda hələ görüləcək işlər çoxdu. Ölkəmiz Prezidentin təşəbbüsü ilə dünyada gedən proseslərə adekvat islahatlar həyata keçirir. Ötən ay keçirilən referendum buna bariz nümunədir"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31