Siyasət
Rusiya-Ermənistan ordu qruplaşmasının yaradılması çox təhlükəli tendensiyadır
Rusiya prezidenti Vladimir PutinRusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi çox təhlükəli bir tendensiyadır, Cənubi Qafqazı təhdid edən bir situasiya yaradır”.
"Xədicə İsmayıl müxalifətin İlhamə Quliyevasıdır" - Qalmaqal
Azərbaycan siyasətində bir qrup adamın məqsədi yalnız insanları qaralamaq, çamur atmaqdır.
Nazir: “Ermənistan Azərbaycana qarşı ağır cinayətlər törətdiyinə görə məsuliyyət daşıyır”
“Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasına, Azərbaycana qarşı gücdən istifadəyə, onun ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə etnik təmizləmə və digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”. “Olaylar” xəbər verir ki, bu fikri Xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyanın EFE agentliyinə müsahibəsində deyib.
Putinin Ermənistanla birgə qoşun yaratmaq əmri: Qarabağa görədir...
Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılmasına dair sazişin imzalanmasına icazə verən sərəncam imzalayıb. Sərəncama əsasən bu məqsədlə yaradılan işçi qrupuna danışıqlar aparmaq və saziş layihəsi üzərində işi tamamlamaq səlahiyyəti verilir.
Əliyev ordunu döyüşə hazırlayır, Sarkisyan “oğurluq” edir – İRƏVANDA QALMAQAL
Ermənistanda həlak olmuş, yaxud yaralanmış hərbiçilərin ailələrinə yardım məqsədilə hər kəsin 1000 dram ödəməsi haqda qanun layihəsi ciddi rezonansa səbəb olub.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib
Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində uçuş həyata keçirməyə cəhd edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilorsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir. Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub
Müdafiə Nazirliyinin rəhbərliyi irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.
Polkovnik Ramaldanov: Sonra deməsinlər ki, niyə belə oldu...
Son zamanlar ali baş komandan İlham Əliyevin leksikonunda müəyyən dəyişikliklər var. Belə ki, onun düşmənə ünvanladığı ismarıclarının sayı çoxalır, onların arasındakı vaxt intervalı isə azalır. Ermənistana ünvanlanan əsas ismarıc isə budur ki, əgər siz işğal etdiyiniz torpaqlardan öz xoşunuzla çıxmasanız, biz məcbur olacağıq ki, sizi oradan silah gücünə qovaq. Özü də bu ismarıclar təkcə Ermənistan rəhbərliyinə yox, erməni xalqına, erməni analarına da ünvanlanıb. Yəni oğullarınızın ölümünü istəmirsizsə, işğal olunmuş torpaqlara göndərməyin. Xatırlayırsızsa, prezident demişdi ki, axı erməni əsgərinin Azərbaycan ərazisində nə işi var ki, gəlib burada həlak olsun?!
Ekspert: "ABŞ "Cənub Qaz Dəhlizi"ni dəstəkləməkdə davam edəcək"
"Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Vaşinqtonun "Cənub Qaz Dəhlizi" layihəsi üzrə mövqeyində əsaslı dəyişiklik olmayacaq".
Bəzi qüvvələr ölkəmizin daxili işinə qarışırlar
Hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilməkdədir. Artıq bölgədə Azərbaycanın razılığı olmadan hər hansı irimiqyaslı layihələrin reallaşdırılması qeyri-mümkündür.
Prezident: “Bir qarış torpaq da boş qalmamalıdır”
Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün Hazırda bütün dünya ölkələri ərzaq təhlükəsizliyi məsələsini prioritet hesab edir. Məsələ orasındadır ki, dünyada baş verən iqtisadi böhran, yaşanan miqrasiya problemləri dövlətlərin iqtisadi potensialına ciddi zərbə vurub. Məhz bu səbədən vaxtilə iqtisadi baxımdan geridə qalmış ölkələrə humanitar yardım edən dövlətlərin özləri indo ərzaq təhlükəsizliyi ilə üzləşiblər.
Ermənistan vətəndaşları Azərbaycan prezidentinə üz tuturlar
Vitse-spiker: “Sərkisyanın yaxşı-yaxşı düşünməsi və nəticə cıxarması ücün kifayət qədər əsas var”
Putinin Qarabağda gizli müharibə planı – ƏMR VERİLDİ
Mahmud Məmmədquliyev: "Aİ-nin də öz təklifləri olacaq"
Avropa İttifaqı Şurasının Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə mandat verməsi ilə əlaqədar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlar başlayacaq.














