Siyasət

Mahmud Məmmədquliyev: "Aİ-nin də öz təklifləri olacaq"

15 Noyabr 2016 12:35

Avropa İttifaqı Şurasının Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə mandat verməsi ilə əlaqədar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlar başlayacaq.

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutacağına ümid edirik"

15 Noyabr 2016 12:07

"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə hazırdır". Olaylar.az bildirir ki, bu sözləri bu gün Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

Elmar Məmmədyarov Portuqaliyaya səfər edib

15 Noyabr 2016 11:51

Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər əsnasında nazir E.Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.

Azərbaycan xalqına qarşı xəyanət ediblər

15 Noyabr 2016 11:47

“Rusiya, Amerika və Fransa üçlüyü Dağlıq Qarabağı və ətraf əraziləri Azərbaycan torpağı saymaqları hələlik yalnız sözdə ifadə edirlər. Reallıqda isə onlar bizə çox acı və fəlakətli ssenari hazırlayıblar. Müharibəyə razı deyillər və özləri də danışıqlar yolu ilə heç nə etmək istəmirlər. Bəlkə mən yanılıram? Apreldə baş verənlərdən görün nə qədər vaxt ötdü? Bunların heç vecinə deyil ki, Qarabağda vəziyyət necədir və necə olacaq. Yeganə çalışdıqları boş-boş bəyanat və Azərbaycanı Dağlıq Qarabağın azad olunması uğrunda savaşdan müxtəlif təzyiqlər vasitəsiylə çəkindirməkdir”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Aİ ilə Azərbaycan arasında ciddi yaxınlaşma prosesi gedir

15 Noyabr 2016 11:44

“Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi yaxınlaşma prosesi gedir. Azərbaycanın Avronest Parlament Assambleyasında fəaliyyətini bərpa etməsi müsbət hadisələrin başlanğıcıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla yeni saziş üzrə danışıqlara başlanması üçün mandat verilməsini şərh edərkən deyib.

"Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları" sərgisinin açılışında iştirak edib 

15 Noyabr 2016 11:15

Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları" adlı sərginin açılışı olub. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

ABŞ bunu bilə-bilə Rusiyanın təsir dairəsinə girə bilməz

14 Noyabr 2016 18:43

“Dünyanın super dövlətlərindən olan ABŞ-dakı son prezident seçkisi nəticəsinə görə dünya ictimaiyyəti tərəfindən təəccüblə qarşılandı. Donald Tramp dünyanı yalnız bu şəkildə təəccübləndirə biləcək”. Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Mərkəzi Neftçilər Xəstəxanası əməkdaşlarına “Tərəqqi” medalı verilib

14 Noyabr 2016 18:25

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Horadiz şəhərinə 3 milyon manat ayrıldı

14 Noyabr 2016 18:23

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.