Siyasət

Prezident İlham Əliyev fələstinli həmkarını təbrik etdi

14 Noyabr 2016 18:21

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: 

Dünya Xəbər Agentlikləri Konqresi: medianın aktual problemlərinin müzakirəsi üçün nadir platforma

14 Noyabr 2016 18:02

Qlobal informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-ə yaxın xəbər agentliyinin rəhbərləri, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, mətbuat üzrə beynəlxalq ekspertlər Bakıya toplaşırlar. Azərbaycan noyabrın 16-18-də mötəbər beynəlxalq və regional qurumların çox önəmli tədbirlərinə - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Mübaliğəsiz demək olar ki, bu günlərdə dünyanın xəbər nəbzi Bakıda döyünməyə başlayıb.

“Azərbaycan və Ermənistan müharibəyə hazırdır”

14 Noyabr 2016 17:22

"Texniki baxımdan Azərbaycan və Ermənistan müharibəyə hazılrdır" . Olaylar.az modern.az-a istinadən xəbər verir ki. bu barədə ABŞ-ın "Bloomberg" agentliyi yazır.

Azərbaycan Aİ-nin danışıqlar aparılması üçün mandat verməsini alqışlayır

14 Noyabr 2016 17:13

"Azərbaycan Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılması üçün mandatın verilməsini alqışlayır". Olaylar.az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Avropa İttifaqı Şurası Azərbaycanla yeni saziş üzrə danışıqların başlanması üçün mandat verib

14 Noyabr 2016 16:27

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların başlanması üçün mandat verilib.

“Rusiya heç vaxt Azərbaycana qarşı hərbi addlm ata bilməz”- ŞƏRH

14 Noyabr 2016 15:41

“Rusiya ilə birləşmiş qoşun qruplaşmasının yaradılması təşəbbüsü Ermənistana məxsusdur. Ermənistan bununla öz qoşunlarını Rusiyanın tabeçiliyinə keçirir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiya və Ermənistanın birgə qoşun qruplaşması yaratmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qoşun birləşməsinin başında erməni generallarının dayanması, əmri erməni hərbçilərinin verməsi mümkün deyil: “Bu, Rusiyanın qoşunu olacaq və onlar heç vaxt erməni generalının, hərbçisinin əmri ilə öz maraqlarının əksinə addım atmayacaqlar”.

Politoloq: "Azərbaycan ABŞ-la əməkdaşlığını inkişaf etdirəcək"

14 Noyabr 2016 15:39

“Hazırda Azərbaycanla ABŞ arasında əməkdaşlıq yüksək səviyyədədir. Amerikada yeni prezidentin seçilməsinin əməkdaşlığımızın daha da yüksələn xətlə davam etməsinə gətirib çıxaracağına inanırıq”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Zakir Həsənov səhra şəraitində müşavirə keçirdi

14 Noyabr 2016 15:35

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Deputat: “Azərbaycanın siyasi qüvvələri arasında heç bir problem yoxdur”

14 Noyabr 2016 14:59

“Bu gün Azərbaycanın əsas siyasi qüvvələri arasında heç bir problem yoxdur. Radikal mövqedə dayanan, xarici qüvvələrlə, xüsusilə erməni lobbisinin təsiri altında olan ayrı-ayrı təşkilatlar ilə əməkdaşlıq edən və ciddi sosial bazası olmayan siyasi qüvvələr istisna olmaqla ölkəmizdə siyasi partiyalarla dövlət arasında həmrəylik, konstruktiv əməkdaşlıq mövcuddur.

Ali Baş Komandandan Ermənistana mesaj

14 Noyabr 2016 14:49

“Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır” Noyabrın 12-də Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı N saylı hərbi birləşməyə və döyüş postuna baş çəkib. Prezident milli ordunun hərbçiləri qarşısında çıxış edərək, Ermənistan tərəfə çox ciddi hərbi mesajlar verib. Belə ki, dövlət başçısı aprel döyüşlərini şanlı qələbə adlandırıb: “Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var.

"Xədicə İsmayıl yalançı, saxtakardır" - Müxalifətdə yeni qalmaqal

14 Noyabr 2016 14:17

İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi, iqtisadçı Qubad İbadoğlu və jurnalist Xədicə İsmayıl arasında qalmaqal yaşanır.

Prezidentin Lələtəpədən verdiyi ismarıclar

14 Noyabr 2016 14:04

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli əvvəlkitək dalana dirənib. Böyük dövlətlər yenə passiv mövqe tutublar, həmsədrlər isə Azərbaycana az qala "paket həll" təklif edirlər, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldıması bölgənin status müzakirələri ilə paralel getməlidir. Bu, heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Bu şəraitdə hərbi ritorika istər-istəməz artmalıdır. Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə səfəri də məhz hərbi ritorikanın ön plana keçə biləcəyinə işarədir.

Ramiz Mehdiyevə yeni vəzifə verildi

14 Noyabr 2016 13:46

Prezident İlham Əliyev Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Olaylar.az  AZƏRTAC-a istinadən sərəncamı təqdim edir:

“Azərbaycana gələn erməniyə şillə-təpik atmaq qəhrəmanlıq deyil”

14 Noyabr 2016 13:19

Elçin Mirzəbəyli: “Hərbçi səngərdə, jurnalist KİV-də, QHT nümayəndəsi fəaliyyət göstərdiyi sektorda üzərinə düşən vəzifəni yerinə yetirməlidir”  “Bakıya gələn hər üç erməni Sarkisyan rejiminə qarşı barışmaz mövqedə olan, Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə pisləyən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Xocalıda soyqırım faktını qəbul edən insanlardır. Ermənilərin arasında belələrinin sayı az deyil. Dünyadakı və regiondakı reallıqları, bölgənin etnik coğrafiyasını, demoqrafik vəziyyətini bilən və bu vəziyyəti qiymətləndirməyi bacaran ermənilər işğalın onlara yaxşı heç bir şey vəd etmədiyini, bütün bunların bir sonu olacağını başa düşür və qiymətləndirirlər”. 

İlham Əliyev: "Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır"

14 Noyabr 2016 13:17

"Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirir". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqla görüşü zamanı deyib.