Siyasət
Nikaraquada Fidel Kastronun ölümü ilə bağlı doqquz günlük matəm elan edildi
Azərbaycan memarlarına medal və fəxri ad verilib (SİYAHI)
Prezident İlham Əliyev Azərbaycan memarlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər:
Əhməd Vəliyev "Şöhrət" ordeni ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Vəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda "Xalçaçı günü" peşə bayramı təsis edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasında "Xalçaçı günü" peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Rusiya XİN-in jurnalında erməni müəllifin Azərbaycan əleyhinə məqaləsi dərc olunub
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbu orqanı olan, nazirliyin təsis etdiyi "Mejdunarodnaya jizn" jurnalının son buraxılışında Azərbaycana qarşı təxribata yol verilib.
Ekspert: "ABŞ-ın Cənubi Qafqaz siyasətində müsbət dəyişikliklərə ümid qalır"
Donald Trampın Azərbaycanla ünsiyyəti yaxından dəstəkləməyə hazır olduğu barədə işarələrə baxmayaraq, əslində, Vaşinqtonun Qafqaz siyasətində çətin ki, dəyişiklik baş versin.
“Öncəgörən” müxalifətə sərt cavab
Azərbaycanda seçkilərin keçirilməsinə iki ildən artıq müddət qalmasına baxmayaraq bu istiqamətdə müxtəlif fikirlər səslənməkdədir. Məlumat üçün qeyd edək ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Lakin indidən bu məsələ ətrafında ilkin müzakirələr , çeşidli rəylər, proqnozlar səslənməkdədir. Xüsusilə də,daha sosial şəbəkələrdəki müxalif düşüncəli qruplar tərəfindən prezident seçkiləri ilə bağlı üzümüzə gələn ilin – 2017-ci ilin mühüm-həlledici il olacağı yönündə proqnozlar verilməkdədir. Yəni, dünyada və yaxın ətrafımızda baş verən gərgin ictimai-siyasi proseslərin, o cümlədən, hələ də davam edən qlobal maliyyə-iqtisadi kataklizmlərin Azərbaycanda da qaçılmaz, təhlükəli çətinliklər yaradacağı və bu baxımdan, seçkilərin ilk növbədə hakimiyyət üçün asan olmayacağı ilə bağlı rəylər, versiyalar dövriyyəyə buraxılmaqda, üstünlük təşkil etməkdədir. Bununla yanaşı, hakimiyyətdəki müxtəlif maraqlı qüvvələrin özünün bu seçkilərə problemlər yaşada və yarada biləcəyi ilə bağlı ehtimallar özünə yer almaqdadır.
Prezident İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib
Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.
Deputat: “Müstəqil komitələrin yaradılması nəzərdə tutulub”
Milli Məclisin Gənclər və idman komitəsinin noyabrın 25-də keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Fuad Muradov deyib ki, bu qanun layihəsinin qəbulu ilə müsbətə doğru dəyişikliklər olacaq.
İlham Əliyev: “Vətəndaşların qəzalı vəziyyətdə olan binalarda yaşamasına son qoyacağıq”
“İndi imkanlı insanlar gedirlər özləri üçün mənzillər alırlar. O qədər də böyük imkanlara malik olmayanlar isə qəzalı vəziyyətdə olan binalarda yaşayırlar. Biz buna son qoyacağıq”.
Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını davam etdirəcək
Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Moskvada keçirilən təntənəli mərasim çərçivəsində patriarx Kirill həm Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə geniş tərkibdə, həm də şeyxülislamla təkbətək görüşü keçirilib.
Belarus prezidenti gələn həftə Azərbaycana gəlir
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.Olaylar.az bildirir ki, bu barədə Trend Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
Azərbaycanla Qətər arasında hərbi sahədə əlaqələr müzakirə olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb.
Tanınmış icmalçı yeni QHT təsis etdi
“Qlobal araşdırmalar liqası” İctimai Birliyi (QALİB) adı ilə yeni QHT təsis edilib. Bu barədə “OLAYLAR”-a təsisçisi və sədri, icmalçı Azər Verdiyev özü məlumat verib.
ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi qaydasında dəyişiklik edib
ABŞ səfirliyi konsulluq şöbəsinin davam etdiyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi və viza prosesinin sürətləndirməsi sahəsində göstərdiyi səylərinin bir hissəsi olaraq ABŞ vizalarını yeniləmək üçün müəyyən təcrübəli ərizəçilər üçün Azərbaycanda Müsahibəsiz Güzəştli Viza Proqramını tətbiq edir.














