Siyasət

Bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır

2 Dekabr 2016 17:16

Bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Bunu prezident İlham Əliyev "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə deyib.

"Rusiyanın Qarabağ münaqişəsinin həllini prioritet müəyyən etməsini alqışlayırıq"

2 Dekabr 2016 17:15

Yeni xarici siyasət konsepsiyasında Rusiya tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik.

İlham Əliyev: “Müsəlmanların biri-birini qırmasına laqeyd baxa bilmərik”

2 Dekabr 2016 17:02

“Biz müsəlman ölkələrində müsəlmanların biri-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik”.

“Bakı Qarabağa görə ruslarla...”

2 Dekabr 2016 16:20

ABŞ kəşfiyyatı Kremlin PLANLARINI AÇDI “Avropa və Birləşmiş Ştatlarda baş verənlər Rusiyanın əlini gücləndirir. Artıq post-sovet ölkələri öz siyasi xətlərinə yenidən baxırlar”. Bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin məqaləsində deyilir.

Rusiyanın Azərbaycandakı “5-ci kolonu” fəaliyyətdə

2 Dekabr 2016 15:20

Moskvanın Ermənistanla hərbi birlik yaratmaq istəyi, yaxud Kremlə qarşı çıxanların hədəfə alınması Rusiya hökumətinin Ermənistanla hərbi birlik yaratmaq barədə verdiyi qərar və işğalçı ölkənin silahlandırılması istiqamətində nümayiş etdirdiyi fəallıq Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olub. Əksər siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də bir sıra millət vəkilləri rəsmi Moskvanın belə bir addım atmasını kəskin şəkildə pisləyiblər. Amma maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın Ermənistanla hərbi birlik yaratmaq istiqamətində apardığı işi haqlı olaraq tənqid edənlər, Moskvanı bu addımdan çəkindirmiyə çalışanlarla yanaşı, qeyd edilən məsələdə bir qədər səbrli mövqe nümayiş etdirənlər də var. Hətta Rusiyanı tənqid edənləri qınayanlar da mövcuddur. Elə bu amil Azərbaycanda siyasilər arasında müəyyən ziddiyyət yaradıb.

Prezidentin xarici siyasəti həm XİN, həm də səfirliklər üçün nümunə olmalıdır

2 Dekabr 2016 14:58

"Bu gün dünyada gedən proseslər Azərbaycanda öz əksini tapır və öz təsirini göstərir. Prezident İlham Əliyev islahatların aparılması haqqında öz siyasi iradəsini ortaya qoyub və 2017-ci ilin büdcəsinə məhz həmin islahatlar konsepsiyası öz əksini tapıb ”. “Olaylar” xəbər verir ki, bunu 2017-ci il üzrə dövlət büdcə layihəsinin komitələrdə birgə müzakirəsi zamanı deputat Səməd Seyidov deyib.

Məmurların sayı azaldılsın

2 Dekabr 2016 13:47

“Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklif olunub”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin birgə komitələrinin 2017-ci ilin dövlət büdcə zərfi ilə bağlı birgə iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.

Ermənistan qarışıqlıq yaratmaq istəyir

2 Dekabr 2016 12:52

“Rusiyanın Ermənistana verdiyi hərbi dəstək erməniləri ruhlandırıb və onların şantaj xarakterli bəyanatları, sərsəm iddiaları çoxalıb”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcəklər

2 Dekabr 2016 12:30

Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək. Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib ki, o, GUAM Parlament Assambleyasının işində iştirak edəcək.

Azərbaycan mağara təfəkkürlü insanla danışıqlar aparır

2 Dekabr 2016 12:22

Serj Sarkisyanın Azərbaycanın ünvanına hədə dolu bəyanat səsləndirməsi özünü və hakimiyyətini rəsmən ifşa etməsi deməkdir. Bu gün Azərbaycan yalnız ərazisi üzərində suverenliyini bərpa etməsi məsələsini qaldırırsa, Ermənistan qonşu dövlətin paytaxtını tuta biləcəyini bəyan edir. Bu, orta əsrlər dövrünə, hətta ondan öncəki dövrə məxsus mağara təfəkkürüdür. Bu, Ermənistanın artıq açıq-aşkar dünyanın qəbul edilmiş hüquq normalarını və qaydalarını inkar etmək etməsi deməkdir. Bu adam üçün artıq sivil dünya, beynəlxalq hüquq normaları, BMT-nin nizamnaməsi və qərarları anlayışları yoxdur. İndi görün Azərbaycan prezidenti Ermənistanı idarə edən bu cür insanla üzbəüz qalıb onunla Qarabağ probleminin həllinə dair danışıqlar aparmalıdır.

Vitse-spiker: “Hökumət işinin öhdəsindən layiqincə gəlib”

2 Dekabr 2016 12:01

“Büdcə müzakirəsi zamanı populist, bir qrup insanın maraqlarına xidmət edən, havadan götürülən iddialardan və fikirlərdən uzaq, reallığa uyğun olaraq mövqeyimizi bildirməliyik”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

İlham Əliyev dindarları qəbul edib

2 Dekabr 2016 12:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib. AZƏRTAC

Bahar Muradova: “Öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”

2 Dekabr 2016 11:59

“Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin büdcə layihəsini Milli Məclisə təqdim edib. Eyni zamanda müvafiq qurumlar da mövcud vəziyyəti, valyutaların məzənnəsini nəzərə almağı bacarıblar.

Cəbhə xəttində atəşkəsin pozulması halları artır

2 Dekabr 2016 11:47

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.