Siyasət
Musa Quliyev: “Azərbaycan hər bir halda öz torpaqlarının sahibidir”
“Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamın çox böyük həm sosial ictimai, həm də hərbi siyasi əhəmiyyəti var”. Bunu millət vəkili Musa Quliyev deyib.
Azərbaycanlılar olmadan Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyəcək
Rusiya xarici işlər naziri Sergey Lavrovun fikrincə, işğal olunmuş ərazilərin Dağlıq Qarabağın statusunun müəyyən olunması şərti ilə azad olunması tələbi sənədlərdə göstərilib. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu açıqlamasında deyib ki, belə fikirlərin Ermənistana hədsiz aydın şəkildə və bir neçə dəfə deyilməsi zəruri məsələdir. Çünki əksər ermənilərin belə həqiqətləri qavraması ilə bağlı problemlər var.
Millət vəkili: “Azərbaycan öz mövqeyində qətidir”
“Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü çərçivəsində olmalıdır. 23 yanvarda hərbi şəhərciyin açılışı mərasimində cənab Prezdent bu məsləyə bir daha toxundu”. Bunu millət vəkili Azər Badamov deyib.
Müdafiə Nazirliyi əsgərin şəhid olması barədə məlumatlara münasibət bildirib
Müdafiə Nazirliyi əsgərin şəhid olması barədə yayılan məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuta xidmətindən bildirilib ki, hazırda Almaniyada məskunlaşan Həbib Müntəzirin yaydığı məlumat əsassızdır: "Silahlı Qüvvələrimizə, əsgər və zabit heyətinə qarşı düşmənçiliyi, ermənipərəst mövqeyi ilə tanınan və yalan məlumatlar yayaraq ictimaiyyəti, sosial şəbəkə istifadəçilərini aldadan Həbib Müntəzir adlı birisinin növbəti yalanı ortaya çıxıb. Belə ki, 24 yanvar 2017-ci il tarixdə sosial şəbəkədə Həbib Müntəzir Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yayıb, onun fotosunu paylaşıb və Müdafiə Nazirliyinin bu haqda susması iddiasını irəli sürüb. Bildiririk ki, əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamatdır və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Bu cür və buna bənzər yalan xəbərlərin sosial şəbəkələrdə yayılaraq tirajlanması ailələr üçün böyük narahatlıq doğurur, ictimaiyyət arasında çaşqınlıq yaradır və ordumuzun uğurlarına kölgə salaraq nüfuzuna xələl gətirmək məqsədi güdür.
TƏCİLİ ! Moskvada qapalı görüş: Kreml Qarabağın əvəzinə Bakıdan nə istəyir?
Ukraynanın sosial siyasət naziri Azərbaycana gəlir
Lapşin Azərbaycana verilməsi barədə qərardan şikayət edib
Azərbaycanın sorğusu əsasında Minskdə həbs olunmuş bloger Aleksandr Lapşin Belarus Baş Prokurorluğunun onun Azərbaycana verilməsi barədə çıxardığı qərardan apellyasiya şikayəti verib. Bu barədə Minsk Şəhər Məhkəməsi sədrinin köməkçisi Anastasiya Şilvyan bildirib. "Lapşinin Baş Prokurorluğun qərarından verdiyi şikayət Minsk Şəhər Məhkəməsinə daxil olub. Şikayətə yanvarın 26-da baxılacaq, - deyə o qeyd edib. Belarus Baş Prokurorluğundan isə bildirilib ki, Lapşinin Azərbaycana verilməsi barədə qərarın icrası məhkəmənin çıxaracağı qərarından asılıdır. Baş Prokurorluqdan bildirilmişdi ki, Lapşinin Azərbaycana verilməsi barədə qərar rəsmi Bakının təqdim etdiyi materiallar əsasında çıxarılıb.
Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xəzərin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənədin müzakirəsini məqsədəuyğun saymır
Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılır. Bu barədə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupunun Bakıda keçirilən iclasında qrupun Azərbaycan üzrə sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Ekspert: Prezidentin bu sərəncamı aprel qələbəsinin davamıdır
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir. Bunu siyasi ekspert Arzu Nağıyev deyib.
Deputat: Cocuq Mərcanlı kəndinin bərpası Ermənistana çox ciddi mesajdır
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası Ermənistana çox ciddi bir mesajdır. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Azərbaycanda aylıq müavinət verilməyəcək məcburi köçkünlərin kateqoriyası müəyyənləşdirilib
Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nı təsdiq edib.
Emin Hüseynovdan növbəti antiAzərbaycan addım
Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyasının ilk günündə bəzi QHT nümayəndələri Azərbaycan əleyhinə təxribata cəhd ediblər. Bu barədə “OLAYLAR”-a məlumat verən hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, , Emin Hüseynov və bir-neçə şəxs Azərbaycanın AŞPA-dakı mandatının ləğv edilməsi tələbi ilə aksiya keçirib və avropalı deputatlar arasında kampaniya aparmağa cəhd ediblər. Bu məsələ hüquq müdafiəçiləri arasında birmənalı qarşılanmayıb: “Bu təxribat cəhdi ilə bağlı hələ keçən ilin sonundan xəbərim var idi.
Ermənilər ağıllanır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 7 dəfə pozub.
Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin razılaşdırılması üzrə mühüm işlər görülüb
"Danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlər görülüb".














