Siyasət
Aİ ilə Azərbaycan arasında energetika, nəqliyyat və ətraf mühitə dair alt komitənin iclası keçirilib
"Dünən və bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıqla bağlı energetika, nəqliyyat və ətraf mühitə dair alt komitənin iclası keçirilib".
Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa dair yeni sənəd layihəsi hazırlayıb
Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə idarəsinin baş direktoru Kriatian Danielson və Avropa Xarici Siyasət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İdarəsinin icraçı direktoru Tomas Mayr-Harting yanvarın 31-də Azərbaycana gəlir.
Nazir: “Vətəndaşları Azərbaycandan kənarda silahlı münaqişələrə cəlb edən şəxslər məsuliyyətə cəlb olunub”
"Ötən il dini ekstremizmə qarşı mübarizə tədbirləri davam etdirilərək əsas diqqət dini radikalizmin və dini fanatizmin təbliğatını aparan, vətəndaşları ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edən şəxslərin müəyyənləşdirilməsinə yönəlib".
Azərbaycan humanitar əlaqələrin möhkəmlənməsi üçün beynəlxalq meydana çevrilib
Azərbaycan sübut edib ki, sülhə nail olmaq üçün ən yaxşı vasitə tolerantlıqdır və bu gün Azərbaycan mədəniyyətlərarası, dinlərarası dialoq və humanitar əlaqələrin möhkəmlənməsi üçün beynəlxalq meydana çevrilib.
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarını təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan diasporu özbək tarixçinin müdafiəsinə qalxıb
Özbək tarixçi-publisist Şuxrat Salamovun (Barlas) hüquqlarının müdafiəsi bağlı komissiya yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılanKomissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna Özbəkistan-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri tanınmış hüquqşünas Fatimə Piriyeva rəhbərlik edir.
Deputat AŞ PA-nı Ermənistana təzyiq göstərməyə çağırıb
Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasını (AŞ PA) Suriya ermənilərini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirən Ermənistana təzyiq göstərməyə çağırıb.
“Ermənistan seçkiləri təxirə salmaqla növbəti şousunu keçirmək niyyətindədir”
“Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınması ötən ilin aprel döyüşləri ilə bağlıdır”. Bunu politoloq İlqar Vəlizadə deyib.
"Cocuq Mərcanlıya qayıdış hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb"
"Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı nəinki hazırda bərpasına başlanılan Cocuq Mərcanlı kəndinin sakinlərində, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb". Bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
Rusiya Qərbə qarşı siyasi sipər formalaşdırmaqdadır
“Rusiya Gürcüstanda Mixail Saakaşvilinin " Milli Hərəkat" Partiyasını parçaladı və onun Gürcüstan siyasətinə təsirini sıfırlamaqdadır. Ümumiyyətlə Rusiya post-sovet ölkələrində Kremlə yaxın qüvvələri hakimiyyətə gətirməyə çalışır və bu məqsədlə Rusiyameyilli partiya və siyasətçiləri maliyyələşdirməkdə və dəstək verməkdədir”.
Şura sədri: “Xarici donor institutları Azərbaycanda fəaliyyətini çox rahat şəkildə quracaqlar”
“Ötən il QHT-hökumət dialoqunun nəticəsi olaraq xarici donorların qrant verilmə proseduru ölkə Prezidneti tərəfindən sadələşdirilib və vahid pəncərə sistemi tətbiq edilib”. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib.
İşğaldan azad olunmuş kəndlərlə bağlı növbəti sərəncam gözlənilir
Cənab prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı növbəti sərəncam verməsi gözləniləndir.
Deputat: "Prezidentin sərəncamı gənclərimizdə ruh yüksəkliyini daha da artırdı"
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xalqımızın böyük sevincinə səbəb olmaqla yanaşı, gənclərimizdə ruh yüksəkliyini daha da artırdı.
Üzeyir Cəfərov: “Belə özbaşınalıq və lovğalıq əsla yolverilməzdir”
“Son vaxtlar diqqətimi çəkən məsələlərdən biri bəzi adamların istər sosial şəbəkələrə,istərsə də sosial mediyada yoxlanılmamış, daha çox şaiə xarakterli məlumatları yaymasıdır. Bundan da bizi istəməyən qüvvələr, xüsusən də Ermənistan tərəfi istədiyi formada gen-bol itifadə edir və ordumuzu nüfuzdan salmağa çalışır”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Düşmənin bütün strateji obyektləri Silahlı Qüvvələrimizin nəzarəti altındadır
Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Düşmənin bütün strateji obyektləri Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Lazımi an onların hamısı məhv ediləcək.














