Rusiya Qərbə qarşı siyasi sipər formalaşdırmaqdadır
“Rusiya Gürcüstanda Mixail Saakaşvilinin " Milli Hərəkat" Partiyasını parçaladı və onun Gürcüstan siyasətinə təsirini sıfırlamaqdadır. Ümumiyyətlə Rusiya post-sovet ölkələrində Kremlə yaxın qüvvələri hakimiyyətə gətirməyə çalışır və bu məqsədlə Rusiyameyilli partiya və siyasətçiləri maliyyələşdirməkdə və dəstək verməkdədir”.
27 Yanvar 2017 16:18 Siyasət"Rusiya Gürcüstanda Mixail Saakaşvilinin " Milli Hərəkat" Partiyasını parçaladı və onun Gürcüstan siyasətinə təsirini sıfırlamaqdadır. Ümumiyyətlə Rusiya post-sovet ölkələrində Kremlə yaxın qüvvələri hakimiyyətə gətirməyə çalışır və bu məqsədlə Rusiyameyilli partiya və siyasətçiləri maliyyələşdirməkdə və dəstək verməkdədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Gürcüstanda hakimiyyətdə olan Rusiyanın iş dünyasına bağlı "boz kardinal" Bidzina İvanaşvilinin kölgəsindəki hökumət Qərbə inteqrasiya kursunu davam etdirsə də, Rusiya ilə gərginliyə getmir və Rusiyanın qaz nəhəngi "Qazpromla" müqavilə bağlamaqla Kremlin siyasətini nəzərə alır: "Təbii ki, Putin çalışacaq ki, Gürcüsatnda yeni qüvvələr ortaya çıxarıb, ölkənin Qərbə fəal siyasi inteqrasiyasənın qarşısını alsın. Qeyd edim ki,Tramp hakimiyyəti yetərincə, Gürcüstana dəstək verməsə, Putin Gürcüstanda siyasi vəziyyəti öz xeyrinə dəyişə bilər. Hazırda Moskva yaxın qonşuluqda Qərbə meyilli siyasi partiya və siyasətçiləri neytrallaşdırmağa çalışır. Moldovada Kremlə yaxın İqor Dodonun hakimiyyətə gəlməsində Rusiya izinin olması qaçılmasıdır. Həm də bu siyasətlə Putin Qərbə qarşə siyasi sipər formalaşdırmaqdadır".