Siyasət

Belarus prezidenti: “Lapşini Azərbaycana verməməyə əsasımız yoxdur”

3 Fevral 2017 18:38

“Belarusun Rusiya və İsrail vətəndaşlığı olan bloqger Aleksandr Lapşını Azərbaycana verməməsi üçün heç bir əsası yoxdur”. Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. “Bizim onu verməmək üçün hansı əsasımız var? Heç bir. Bütün qanun və qaydalara əsasən onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa da bilərik. Amma bu, düzgün olmayacaq. Bütün razılılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik.”

Məcburi köçkünlərə ŞAD XƏBƏR

3 Fevral 2017 18:37

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 3-də Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

Siyavuş Novruzov: "Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünyaya bir mesajdır"

3 Fevral 2017 18:31

"Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada təbliği baxımından daha bir uğurlu addımlardan olacaq. Nəzərə alsaq ki, Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edib, bu hadisə ölkəmiz üçün ikiqat əlamətdardır". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Ərdoğan ərəb ölkələrinə səfərə gedir

3 Fevral 2017 18:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12-15 fevral tarixlərində bir neçə ərəb ölkəsinə səfər edəcək. Trend prezident administrasiyasının saytına istinadən xəbər verir ki, səfər Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərə baş tutacaq.

İlham Əliyev Şri-Lanka prezidentini təbrik edib

3 Fevral 2017 18:21

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb.

Pakistan Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdi

3 Fevral 2017 17:58

Paksistan Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsi Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Məlumata görə, Azərbaycanın Pakistandakı səfirliyinin məlumatına görə, 2017-ci il fevralın 2-də Milli Assambleyasının xarici əlaqər üzrə daimi komitəsi 32-ci iclasında Azərbayca hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirərək qətnamə qəbul edib. Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pislənilir.

Ukrayna BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsini qaldıracaq

3 Fevral 2017 17:51

Ukrayna BMT Təhlükəsizlik Şurasının tribunasından işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması məsələsini qaldıracaq.

Bosniya və Herseqovina Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

3 Fevral 2017 17:23

Bosniya və Herseqovinanın Dostluq Körpüsü Assosiasiyasının rəhbəri Jasmin İmamoviç Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub. J. İmamoviçin bununla bağlı yaydığı bəyanatda deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək,  təşkilat adından, mən, Jasmin İmamoviç, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm”.

Konstitusiya Məhkəməsinin hakiminə fəxri ad verildi

3 Fevral 2017 16:53

Azərbaycan Prezidenti İlham Əliyev Südabə Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Hadı Rəcəblidən mediaya qəribə QADAĞA

3 Fevral 2017 16:25

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına jurnalistlər dəvət olunmayıb.

"İmkanlı şəxslər siyasi partiyaları pulla alır"

3 Fevral 2017 16:23

Azərbaycanda bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxlayır. Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 

Lev Spivak: "Erməni diaspor təşkilatlarının çoxu, ilk növbədə, erməni xalqının üzərində parazitlik edir"

3 Fevral 2017 16:14

Bir çox erməni diaspor təşkilatları ilk növbədə erməni xalqının üzərində parazitlik edir. Bunu "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivakdeyib.