Siyasət

Bəzi siyasilərin Azərbaycanın düşmənlərini sevindirən gedişi nəyə hesablanıb?

6 Fevral 2017 14:59

Türkçülüyə, Türk Birliyi ideyasına qarşı patoloji nifrəti ilə seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə bu günlərdə yenidən öz ənənəsinə sadiq qalaraq indi də Osmanlı İmperatorluğu və onun qəhrəman sərkərdələrini hədəf seçib. Yerli mətbuata verdiyi müsahibəsində millət vəkili iddia edib ki, erməni bəlasının xalqımızın başına gəlməsində Osmanlı İmperatorluğunun günahı olub: “Uşaqlarımız, gənclərimiz bilsinlər ki, ”erməni qara yarası"nı Azərbaycanın bədəninə Osmanlı İmperatorluğu salıb. Türkiyə isə Osmanlı İmperiyasının cinayətlərinə görə cavab vermək fikrində deyil. 1915-ci ildən sonra osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı İmperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər".Antıtürk Araz Əlizadə Bakını bolşevik-daşnak birləşmələrindən azad türk komandanı Nuru Paşanı da hədəf seçməkdən yayınmayıb. Bildirib ki, erməniləri bizim üstümüzə salan elə Osmanlı idi: “Sonradan isə xilas etdilər.Bu faktı unutmayın: Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

Siyavuş Novruzovun fikirlərinə müxalifətdən dəstək-  RƏY

6 Fevral 2017 14:57

Bir müddət öncə, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Azərbaycanda bəzi imkanlı şəxslərin siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxladıqları barədə irəli sürdüyü fikirləri ictimai marağa səbəb olmuşdu. Belə ki, YAP rəsmisinin sözlərinə görə, bu kimi halların baş verməsi siyasi təşkilatların biznes predmetinə çevrilməsinin aşkar göstəricisidir. “Təəssüf ki, bəzi siyasi partiyalar alver mənbəyinə çevrilib”-deyə qeyd edən Siyavuş Novruzovun sözlərinə görə, imkanlı adamlar həmin partiyanı alır və sandığında saxlayır ki, gələcəkdə istifadə etsinlər. Lakin o, əlində olan nümunələrin də olduğunu deyərək, hələlik həmin şəxslər və partiyaların adlarını açıqlamaq istəmədiyini də qeyd edib.

Politoloq: "Şəhidimizin geri qaytarılması, ölkəmizin uğurudur"

6 Fevral 2017 13:40

“Ermənistan artıq quldurluqla məşğuldur. Çünki, düşmən ölkə ölkəmizə qarşı canlı insanlarla yanaşı meyitlərdən də istifadə etməyə çalışır. Bu da təbii ki, bütün beynəlxalq saziş və konvensiyalara ziddir”. Bunu  politoloq Fikrət Sadıqov deyib.

Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər davam etdirilir

6 Fevral 2017 13:12

Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib ki, Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən çox müxtəlif ekspertiza keçirilib.

Gürcüstanın problemlərinin əsas mənbəyi onun regional siyasəti düzgün anlamamasındadır 

6 Fevral 2017 13:10

“Qazprom” Gürcüstan hökuməti arasında Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirə bildi. Müqaviləni Gürcüstan tərəfindən imzalayan baş nazirin müavini Kaxa Kaladze tranzit müqaviləsinin şərtlərini açıqlamır. Bunu müqavilədə həmin məsələnin iki ölkəyə aid sirr olması ilə əlaqələndirir.”. Sözügedən fikirlərlə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu sözügedən məsələ ilə bağlı proqnozunu şərh edərkən deyib. O, qeyd edib ki, qaz müqaviləsinin şərtlərini Gürcüstan hökuməti müzakirə edərək təsdiqlədi. Lakin müqavilənin şərtləri Gürcüstanda ciddi narazılıq yaradıb. Belə ki, müxalifətin bütün qrupları imzalanmış müqaviləni Gürcüstan hökumətinin kaputilyasiyası adlandırır.

Aydın Mirzəzadə: "Azərbaycan vətəndaşlarını Ermənistandan geri alacaq" 

6 Fevral 2017 13:04

“Ermənistan sivil qaydalardan uzaq olan ölkədir. Bu dövlətin bünövrəsi, inkişafı, fəaliyyəti birmənalı şəkildə beynəlxalq hüquq normalarından, sivil insani qaydalardan uzaqdır. Bunu iki kəlbəcərli girovumuz, bu günlərdə əsir götürülən mülki vətəndaşımız, eyni zamanda dekabrın 29-da şəhid olan əsgər Çingiz Qurbanovun timsalında göstərmək olar”. Bunu  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini, millət vəkili Aydın Mirzəzadə deyib.

Mübariz Əhmədoğlu: "Bunun günahı Gürcüstan hökumətindədir"

6 Fevral 2017 13:03

“Qazprom” Gürcüstan hökuməti arasında Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirə bildi. Müqaviləni Gürcüstan tərəfindən imzalayan baş nazirin müavini K.Kaladze tranzit müqaviləsinin şərtlərini açıqlamır. Bunu müqavilədə həmin məsələnin iki ölkəyə aid sirr olması ilə əlaqələndirir. Qaz müqaviləsinin şərtlərini Gürcüstan hökuməti müzakirə edərək təsdiqlədi. Müqavilənin şərtləri Gürcüstanda ciddi narazılıq yaradıb. Müxalifətin bütün qrupları imzalanmış müqaviləni Gürcüstan hökumətinin kaputilyasiyası adlandırır. Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. 

"Prezident İlham Əliyevin İslam həmrəyliyi barədə tarixi təşəbbüsü çox aktualdır"

6 Fevral 2017 12:56

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il ilin "İslam Həmrəyliyi İli" elan edilməsi barədə tarixi təşəbbüsü vaxtında irəli sürülmüş aktual təşəbbüsdür.

Dünya Hüquq Müdafiəçilərinin Sammiti keçiriləcək

6 Fevral 2017 12:34

Fevralın 21-də İsveçrənin Cenevrə şəhərində "Dünya Hüquq Müdafiəçilərinin Cenevrə Sammiti" keçiriləcək. Bu barədə məlumatı “OLAYLAR”-a Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov verib. Bildirib ki, fevralın 21-də öz işinə başlayacaq sammitdə dünyanın dörd bir yanından gələcək 500-ə yaxın hüquq müdafiəçisi iştirak edəcək. Əhməd Şahidov bildirib ki, toplantıda kəlbəcərli girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovla yanaşı, Elnur Hüseynzadənin da məsələsi qaldırılacaq.

Atəşkəsin pozulması halları artır

6 Fevral 2017 12:31

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub.

Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

6 Fevral 2017 12:30

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.