Siyasət

Şadam ki, Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlara başlayırıq

6 Fevral 2017 18:09

"Çox şadam ki, sabah biz Azərbaycanla Avropa İttifaqıarasında yeni saziş üzrə danışıqlara başlayırıq".

Tusk: “Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik”

6 Fevral 2017 18:08

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”. Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq çox məhsuldar və səmimidir" - YENİLƏNİB

6 Fevral 2017 17:58

Azərbaycan və Avropa İttifaqı sabah yeni saziş üzrə danışıqlara başlayacaqlar. Bunu Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Bizim aramızda əməkdaşlıq çox məhsuldar, səmimidir və böyük potensialı var".

YAP rəsmisindən prezident seçkiləri ANONSU: "Yeni seçkilər keçiriləcək" 

6 Fevral 2017 17:31

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov unikal.org-a YAP-ın şəhər və rayon təşkilatlarına, rəhbər strukturlarına keçiriləcək seçkilər, bu il ərzində Qadınlar Şurası, Gənclər Birliyi, partiyanın digər strukturları ilə bağlı atılacaq lazımi addımlar barədə müsahibə verib. Müsahibəni təqdim edir.

Politoloq: “Düşmənə ən tutarlı cavab güc nümayişidir”

6 Fevral 2017 16:39

“Ümumiyyətlə fərqi yoxdur, istənilən Azərbaycan əsgərinə və yaxud əsgərlərimizin nəşlərinə qarşı ermənilər tərəfindən təşkil olunan iyrənc və çirkin oyunlar tərəfimizdən tez bir zamanda ciddi cavablandırılmalıdır”. Bunu  Zaur Məmmədov deyib.

"Prezidentin Brüsselə səfəri Azərbaycanla Aİ arasında əlaqələr üçün mühüm platformadır"

6 Fevral 2017 16:38

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çox önəmli dövrə təsadüf edir. Verilən bəyanatlardan da görünür ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə yeni mərhələ başlayır və bu mərhələ bir neçə istiqaməti əhatə edəcək. Ənənəvi olaraq enerji sektorunda aparılan əməkdaşlığın bundan sonra yüksələn xətlə davam edəcəyi, eyni zamanda iqtisadi əlaqələrin və digər istiqamətlərin inkişafı ilə bağlı fikirlər səsləndirilir”. Bunu  siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

Ramil Məmmədli: "Özünü və düşməni qumbara ilə partladan əsgər və zabitlərimiz olub" 

6 Fevral 2017 16:37

“Azərbaycan və Ermənistan arasında həm də soyuq müharibənin getməsi artıq faktdır”. Bunu icmalçı Ramil Məmmədli deyib.

Rusiya Federasiyası Udmurtiya Respublikasının deputatı Ermənistan- Azərbaycan Sülh Platformasına qoşulub

6 Fevral 2017 16:32

Rusiya Federasiyasının Udmurtiya Respublikasının Sarapul rayonu  Deputatlar Şurası Prezidiumunun üzvü və Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasının rəhbəri Elgiz Hacıyev Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmaqla bağlı bəyanat verib.

ATƏT Azərbaycan əsgərinin meyitinin qaytarılmasına münasibət bildirib

6 Fevral 2017 15:36

“Beynəlxalq Qızıl Xaç Komitəsi vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə Azərbaycan əsgərinin meyitinin qaytarılmasında göstərdikləri səylərə görə təşəkkür edirik”.

Şevçoviç: “Prezident İlham Əliyevin səfəri Azərbaycan-Aİ sazişinin hazırlanması işində böyük əhəmiyyət daşıyacaq” - YENİLƏNİB

6 Fevral 2017 15:29

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqıarasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan prezidentinin bu səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.

Ukrayna səfiri: “Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qətidir”

6 Fevral 2017 15:28

Ukraynanın Azərbaycandakı səfirliyində iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bu il Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfər edəcəyini deyib. O, fevralın 19-da ukraynalı millət vəkillərinin Parlamentlərarası Dostluq Qrupu çərçivəsində Azərbaycana səfər edəcəklərini söyləyib. Səfir ölkəsinin xarici siyasətində Azərbaycanın vacib yer tutduğunu vurğulayıb: “Rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi və status-kvonun qəbuledilməz olması barədə mövqeyi qətidir. Bu, 2016-cı ilin iyulunda prezident Poroşenkonun Azərbaycana səfəri zamanı bir daha təsdiqlənib”.

Çingiz Qurbanovun nəşinin qaytarılmaması erməni tərəfinin yaramaz və qeyri-adekvat bəhanəsi idi

6 Fevral 2017 15:24

Ermənistan nəhayət ki, 39 gün girovluqda saxladığı azərbaycanlı əsgər Çingiz Qurbanovun meyitini təhvil verdi. Əvvəlcə azərbaycanlı əsgərin meyitinin onda olmasını təkzib edən işğalçı ölkə sonradan şəhidiimizin meyitinin onda olduğunu etiraf etməklə yanaşı, şəhid Çingiz Qurbanovdan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdi. Bu müddət ərzində Yerevan şəhidimizin meyitini qaytarmamağa israr etsə də, lakin həm Azərbaycan tərəfinin diplomatik gedişləri, həm də beynəlxalq təşkilatların qətiyyəti Ermənistanı şəhidimizin meyitini qaytarmağa məcbur etdi. Siyasi şərhçi Arzu Nağıyev sözügedən hadisələrlə bağlı “OLAYLAR”-a müsahibəsində bunu işğalçı ölkənin daha bir yaramaz hərəkəti kimi xarakterizə edib. Arzu Nağıyev deyib ki, şəhidimizin meyitinin qaytarılması istiqamətində Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevin göstərdiyi səylər də müsbət qiymətləndirilməlidir.

Mogerini: “Aİ Cənub Qaz Dəhlizinin reallaşmasına bundan sonra da dəstək verəcək”

6 Fevral 2017 15:19

“Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün böyük önəm daşıyır”. Bunu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentiFederika Mogerini bəyan edib.

İlham Əliyev: "Aİ ilə əməkdaşlığımızın genişləndirilməsi həm Azərbaycan, həm də region üçün yaxşı mesajdır" -  YENİLƏNİB

6 Fevral 2017 15:16

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogeriniilə işçi yeməyi edib.

Prezident İlham Əliyev Belçika kralı ilə görüşüb - YENİLƏNİB

6 Fevral 2017 15:14

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Belçika kralı Filipin təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.