Siyasət
Azərbaycan-Aİ əməkdaşlığı ciddi uğurlar gətirəcək
“Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizin və Avropa İttifaqının çoxşahəli münasibətlərini əhatə edən yeni saziş üzərində əməkdaşlığın ilk mərhələsidir”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə deyib.
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş şeir müsabiqəsi keçiriləcək
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Şairlər və Yazıçılar Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi elan edib.
“Aİ Qarabağ münaqişəsində Azərbaycanı qane edən mövqeyə gəlib”
“Avropa İttifaqı dövlətlərlə ya daha geniş əlaqələri əhatə edən assosasiya sazişi, ya da ikitərəfli saziş imzalayır. Azərbaycanla qurum arasında yeni saziş üzrə başlayan danışıqların mühüm əhəmiyyəti var”. Bunu politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Prezident İlham Əliyevin Brüsseldə Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə görüşləri, yeni saziş üzrə danışıqların başlaması həm də artıq Azərbaycanın Avropaya yönəlik siyasətinin birmənalı olaraq müəyyənləşdiyini göstərir: “Bu münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlayır. Ona görə danışıqların nəticəsi olaraq imzalanacaq sazişi yüksək qiymətləndirmək lazımdır. Bu, o anlama gəlir ki, Azərbaycan nisbətən Avropaya yönələn, Avropaya meyilli siyasətə üstünlük verməyə başlayacaq”.
“Fox News”in aparıcısı Putindən üzr istəməyəcək İRONİK CAVAB
ABŞ-ın “Fox News” telekanalının tanınmış aparıcısı Bill O’Rayli Kremlin ona Rusiya prezidenti Vladimir Putindən üzr istəmək təklifinə cavab verib. Belə ki, amerikalı jurnalist ABŞ prezidenti Donald Trampla müsahibəsi zamanı Rusiya prezidentini “qatil” adlandırmışdı. Bu barədə “The Hollywood Reporter” yazır.
Müdafiə Nazirliyinin işi xüsusilə təqdirəlayiqdir
“Fevralın 1-də Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağdakı qondarma, separatçı rejim tərəfindən mühakimə olunub. Separatçılar "dövlət sərhədini pozduğuna görə" Elnuru həbs ediblər. Əslində bütün bunlar gülməlidir”. Bunu politoloq Cümşüd Nuriyev deyib.
Böyük dövlətlər separatçı, işğalçı rejimlərə dəstək olurlar
“Ümumiyyətlə Azərbaycan tərəfi mütəmadi olaraq Ermənistan tərəfindən girovluqda saxlanılan əsgərlərimizin geri qaytarılması istiqamətində lazımi işlər görür. Bu istiqamətdə məsələlər inkişaf yolundadır”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
Ermənilər müxtəlif istiqamətlərdən atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.
Azərbaycan Aİ ilə münasibətləri bərabər şəkildə qorumağın tərəfdarıdır
“Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların başlaması hər iki tərəf üçün vacibdir”. Bunu politoloq, millət vəkili Rasim Musabəyov deyib. O xatırladıb ki, daha əvvəl gündəmdə olan assosasiya sazişi standart bir sənəd idi: “Faktiki olaraq bu sənəd əsasında Avropa İttifaqı özünü bir müəllim kimi və sanki şagirdi ilə saziş bağlayırdı.
Xarici KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub
Bu gün Azərbaycanda akkreditə olunmuş bir qrup xarici Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub.
Rus ordusu İrəvana hücuma hazırlaşır - DÜŞMƏN ÖLKƏ ÜÇÜN ÖLÜM SSENARİSİ
Böyük müharibə BAŞLANIR: 4 il sonra hər şey FƏRQLİ OLACAQ
Donald Tusk: “ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyirik”
“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir”.
Prezident İlham Əliyev: “Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açırıq”
“Azərbaycan regionda yeni dəmir yolu xəttinin istifadəsi üçün böyük investisiya yatırıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsindəAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Prezident: Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Avropa İttifaqına təşəkkür edirəm
“Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsindəAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.













