ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxır - MARAQLI SƏBƏB
26 Fevral 2017 09:51 SiyasətPrezident Donald Trampın administrasiyası ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.
Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın keçmiş və indiki rəsmi şəxsləri ilə əlaqədə olan mənbələrə istinadən "Politico" nəşri məlumat yayıb.
Yekun qərarın qəbul olunmasında dövlət katibi Reks Tillerson, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir.
Tramp administrasiyasının Şuraya olan iradları arasında antiisrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (məsələn, Çin və Səudiyyə Ərəbistanı) var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31