Siyasət

"Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir"

10 May 2017 13:40

“Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir”.  Bunu  millət vəkili Aydın Mirzəzadə deyib. Bir neçə gün bundan öncə ölkəmizin Mədəniyyətlərarası Dialoq Forumuna artıq IV dəfə ev sahibliyi etdiyini xatırladan millət vəkili söyləyib ki, həmin gələnlərin ildən-ilə artması, digər ölkələrin dövlət başçılarınının bu tədbirlərə qatılması Azərbaycanın keçirdiyi beynəlxalq tədbirlərin dünyada böyük maraq doğruduğunu göstərir: “Azərbaycan çağırış etdiyi məsələlərə dair özünün nümunəsini ortaya qoyur.

"Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın uğurudur"

10 May 2017 13:16

“Ölkəmizdə beynəlxalq konfransların, tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu əlbəttə ki,  Azərbaycanın uğuru, nailiyyəti eləcə də dünya səviyyəsində tanınması və qəbul edilməsi deməkdir”. Bunu  millət vəkili Jalə Əliyeva deyb.

Maliyyə Nazirliyində ümummilli lider anılıb

10 May 2017 13:12

Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mərasim keçirilib. Nazirlikdən verilən məlumçata görə, tədbir iştirakçıları nazirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Mərasimdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunmuşdur.

"Şuşaya hücumda bizə ruslar da kömək edirdi..." - Erməni kapitan

10 May 2017 13:10

Ötən gün mayın 9-da  Şuşanın ermənilər tərəfindən işğal edilməsindən 25 il keçdi. Artıq 25 ildir ki, düşmən hər il bu günü "böyük qələbə" kimi qeyd edir. Şuşanın necə işğal edilməsi barədə çox yazılıb, danışılıb. Coğrafi mövqeyinə görə alınmaz qala olan bu qədim şəhərin xəyanət nəticəsində düşmənin əlinə keçməsi haqda deyilənlər hələ də aktualdır. Yaxud Şuşanın işğalında hansı xarici dövlətin əli olduğu barədə də mübahisələr hər il alovlanır.

Azərbaycan səfiri ermənilərin təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət edib - YENİLƏNİB

10 May 2017 13:08

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı erməni tərəfinin təxribatları ilə əlaqədar Rusiyanın müvafiq rəsmi qurumlarına şikayət edib.

"Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyəcək"

10 May 2017 13:02

Fransanın hər zaman Ermənistanı dəstəkləməsinə və erməni "soyqırımı"nın tanınması barədə qətnamənin təşəbbüskarlarından biri olmasına baxmayaraq, yeni prezident Emmanuel Makronun seçilməsindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə, ümumilikdə Cənubi Qafqazla bağlı siyasəti dəyişməyəcək.

Gənc əsgərlərin andiçmə mərasimi keçirilir

10 May 2017 12:33

Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, təntənəli mərasimlər Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil olunub.

Bişkekdə Şuşanın işğalının 25 illiyi qeyd edilmişdir

10 May 2017 12:31

Türkdill dövlətlərin siyasətinə dəstək fondunun, İssık Kul Azərbaycanlılarının “Xəzər” İctimai birliyi və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliklərinin birgə keçirdiyi tədbirdə yazıçılar, Qırğızıstandakı Azərbaycan diasporunun fəalları və Qırğızıstan cəmiyyətinin üzvləri iştirak etmişdirlər. Mərasimdə çıxış edən Türkdill dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmməov, Fondun vise prezidenti Osman Səfərov, İssık Kul Azərbaycanlılarının “Xəzər” İctimai birliyinin prezidenti Ziyəddin Hüseynov, Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliyinyn Prezidenti Cəbi Rəsulov, şair- tərcüməçi Mukan Asanaliyev çıxış edərək Şuşanın işğalı ilə bağlı maraqlı faktlardan danışmışlar.

"Hurriyet Daily News": "Prezident İlham Əliyev Heydər Əliyevin arzuladığı müasir Azərbaycanı yaradır"

10 May 2017 12:27

Əgər bu gün Ümummilli Lider Heydər Əliyev yaşasaydı, onun 94 yaşı olacaqdı. Bunu Türkiyənin "Marmara Qrup" fondunun prezidenti Akkan Suver "Hurriyet Daily News" qəzetində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş məqaləsində yazıb.

Ənənəvi düşərgə liderləri müxalifətdən "pensiyaya" çıxmağa razıdırlar?

10 May 2017 12:12

AXCP sədri Əli Kərimlinin partiyasına alternativ olaraq fəaliyyət göstərən digər AXCP-nin sədri Razi Nurullayev növbəti dəfə ənənəvi düşərgədəki müxalifət partiyalarını, eləcə də onların rəhbərlərini sərt şəkildə tənqid edib.

Ermənilər mövqelərimizə 7 mərmi atıb

10 May 2017 12:02

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Ümummilli Lider İstanbulda anıldı

10 May 2017 11:42

Bu gün Türkiyənin İstanbul şəhərinin Sarıyer bölgəsində   Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Ümumimilli Lider Heydər Əliyevin anadan olmasının  94 -cü ildönümü – anım mərasimi keçirilib.

"Qarabağ münaqişəsinin həlli üçün ciddi danışıqların vaxtıdır"

10 May 2017 11:38

Ermənistan və Azərbaycan təmas xəttində hərbi əməliyyatların başlamasının mümkünlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün vasitəçiləri narahat edir.

Prezident İlham Əliyev və xanımı ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak ediblər

10 May 2017 11:34

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan avtomobil yolunun ətrafında salınmasına başlanılan yaşıllıq massivində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən ağacəkmə aksiyasında iştirak ediblər. 

İlham Əliyev: "İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaq"

10 May 2017 11:22

İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan "OIC Journal" jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır" sərlövhəli məqaləsi dərc edilib.