Siyasət

Prezident İlham Əliyev və xanımı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

10 May 2017 11:21

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür.

İndoneziyada Şuşanın işğal olunmasının 25-ci ildönümü ilə bağlı tədbir

8 May 2017 18:23

Azərbaycanın İndoneziyadakı səfirliyində Şuşanın Ermənistan tərəfindən işğal olunmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən verilən məlumata görə, müxtəlif gənclər təşkilatları, tələbələr assosiasiyaları, QHT nümayəndələri, müstəqil gənc tədqiqatçılar, yazıçılar və jurnalistlərin iştirakı ilə baş tutan tədbirdə ümumi olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü, digər işğal edilmiş ərazilərdə olduğu kimi, Şuşa şəhərində də bəşəriyyətə, tarix və mədəniyyətə qarşı törədilmiş cinayətlərdən bəhs edilib.

Özbəkistan portalında Şuşanın işğalının 25 illiyi ilə bağlı məqalə yerləşdirilib

8 May 2017 17:53

Özbəkistanın tnews.uz portalında Şuşanın işğalının 25 illiyi ilə əlaqədar rus dilində geniş məqalə yerləşdirilib.

Makron parlamenti də ələ keçirə bilər

8 May 2017 17:47

"Emmanuel Makronun Fransada prezident seçkisindəki qələbəsi işin yarısıdır. İndi əsas məsələ iyunda parlament seçkisində qələbə çalmaqdır". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Səfir Leyla Bijosla görüşüb

8 May 2017 17:44

Mayın 8 - də Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyində, Braziliya Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, Braziliyanın müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və qeyd edilmiş Universitetin professor-doktoru Leyla Bijosla görüş keçirilib.

Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT - Moskvada Şuşanın işğalı qeyd ediləcək

8 May 2017 17:26

Ermənilər Moskvada Qələbə günü növbəti təxribat planlaşdırıblar. AzRu.org nəşrinin məlumatına görə, 9 May bayramı adı altında ermənilər "Şuşanın azad edilməsi" adlı gecə keçirmək niyyətindədirlər.

Prezident İlham Əliyev görkəmli alim, akademik Rəfiqə Əliyevanın hüzr mərasimində iştirak edib

8 May 2017 17:12

Mayın 8-də Heydər Məscidinə tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın hüzr mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüzr mərasimində iştirak edib. Mərasimdə mərhumun ruhuna "Quran" ayəsi oxundu.

Erməni nazirdən müharibəyə səbəb ola biləcək BƏYANAT

8 May 2017 16:39

"Dağlıq Qarabağ tanınmamış olsa da, ölkədir, münaqişə deyil. Və bu fakt tam başa düşülməyincə, münaqişənin həlli mümkünsüzdür. Orada 25 ildir ki, de-fakto, müstəqil şəraitdə kifayət qədər insan yaşayır. Onlar özlərinin qəbul etdikləri qərarlara görə məsuliyyət daşıyır, hökumətlərini demokratik prinsiplər üzərində qurur, çoxfraksiyalı parlament formalaşdırırlar".