Siyasət

Fransanın Cənubi Qafqazla bağlı siyasəti dəyişəcək?

8 May 2017 16:38

"Emmanuel Makronun prezident seçilməsindən sonra Fransanın Cənubi Qafqazla bağlı siyasəti heç bir şəkildə dəyişməyəcək". Bunu rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.

XİN: Nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılması Ermənistanda dövlət siyasətinə çevrilib

8 May 2017 16:36

“İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqı da böyük töhfələr verib. 640 min nəfərdən artıq Azərbaycan vətəndaşı cəbhəyə yollanıb, onların 300 min nəfərdən çoxu döyüşlərdə həlak olub”.

Müdafiə naziri “İDEF - 2017” sərgisində iştirak edəcək

8 May 2017 16:04

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, səfərdə məqsəd İstanbul şəhərində keçiriləcək “İDEF - 2017” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etməkdir.

Sədaqət Vəliyeva: "Azərbaycan dialoq platformasına çevrilib"

8 May 2017 15:34

“Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir”.

Jurnalist Rikardo Markina Montanyananın adı “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb

8 May 2017 15:33

Argentina Respublikasındakı Səfirliyimizdən daxil olmuş məlumatda Argentina və Latın Amerikası regionunun KİV-də yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Argentinadakı Səfirliyimizə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılması xahiş etdiyi bildirilir.

Azərbaycan dünyaya mütərəqqi bir model, nümunə təqdim edə bilib

8 May 2017 15:19

Hazırda dünya miqyasında – ayrı-ayrı regionlarda və ölkələrdə dini-etnik müstəvidə qarşıdurmalar müşahidə olunur, xaos və anarxiyanın coğrafiyası daha da genişlənir. Belə olan halda, multikultural dəyərlərin təşviqi daha çox strateji əhəmiyyət kəsb edir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin müavini Bahar Muradova səsləndirib.

Jan-Fransua Mansel: « 8 mayda Şuşanı unutmayaq»

8 May 2017 15:12

Azərbaycan-Fransa Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Şuşanın işğalı ərəfəsində Azərbaycanın Dostlari Assosiasiyası Parisdə bir sıra tədbirlər keçrir. Həmin tədbirlər çərçivəsində Assosiasiyanın Prezidenti Jan Fransua Manselin Şuşanın işğalı ilə bağlı məqaləsi də Fransanın aparıcı mətbuat orqanı olan Mond qəzetində dərc olunub. Həmin məqalənin tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq.

“Bu həqiqətləri birlikdə dünyaya daha geniş çatdırmalıyıq”

8 May 2017 15:10

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Türkiyə nümayəndə heyətinin bir qrupu üzvü Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Belə ki, Kütləvi Soyqırımı Məzarlığını ziyarət edənlər arasında qardaş ölkə parlamentinin deputatları, bələdiyyə sədrləri və digər rəsmi şəxslər yer alıblar.

Ermənistan aprel məğlubiyyətinə terror aktları ilə cavab vermək istəyir

8 May 2017 15:06

Ermənistan öz məkirli planlarını davam etdirməkdədir. Keçən ilin aprel ayında üzləşdiyi acı məğıubiyyətin əvəzini çıxmağa çalışan düşmən bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycana hansısa formada zərbə vurmağa çalışır. Təsüf hissi ilə qeyd etmək lazımdır ki, Ermənistanın bu məkirli planı və Azərbaycana qarşı təxribat cəhdlərinə daxildəki bəzi ünsürlər də dəstək veir, düşmənlə gizli formada işbirliyi qurur.

Şuşada Azərbaycan bayrağının dalğalanacağı gün uzaq deyil

8 May 2017 15:02

8 may Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi gündür. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali öz doğma torpağından didərgin salınıb.

Regionun taleyini dəyişən görüş

8 May 2017 15:00

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Təyyub Ərdoğan arasında ötən həftə baş tutan Soçi görüşü ətrafında müzakirələr, fikir mübadiləsi hələ də davam edir. Baxmayaraq ki, sözügedən görüşün üzərindən tam 5 gün keçib, ancaq hələ də həm Ankarada, həm də Moskvada, elə Bakının özündə də Soçi görüşünün nəticələri, görüşdə əldə edilən müəyyən razılaşmalar və onun mümkün nəticələri, perspektivləri barədə müxtəlif mülahizələr səslənir, ehtimallar irəli sürülür.

Prezident: “Ümidvaram ki, Fransanın səyləri Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verəcək”

8 May 2017 13:49

“Mən Fransanın səylərinə xüsusi əhəmiyyət verir və ümidvar olduğumu bildirirəm ki, bu səylər münaqişənin ədalətli həllinə nəhayət öz töhfəsini verəcək”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makrona təbrik məktubunda deyilir.

"Şuşanın işğal altında qalmasının səbəbi ikili standartlardır" 

8 May 2017 13:48

“Çox təəssüf ki, Şuşanın işğalından 25 il ötsə də hələ də böyük dövlətlər Azərbaycana qarşı ikili standartlarla yanaşdığı faktını görürük. Şuşa bu gün də Ermənistanın işğalı altındadır. Hətta işğalçı ölkənin prezidenti bunu qeyd etmək üçün həyasızcasına işğal altında olan torpaqlarımıza qeyri-qanunu səfər edir”. Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.