Siyasət
Hikmət Hacıyev: “Gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq”
“İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 72 il keçir. Müharibədə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm təhlükəsindən xilas edib”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.
İlham Əliyev Fransanın yeni prezidentini təbrik etdi
Prezident İlham Əliyev Fransa Respublikasının yeni seçilmiş Prezidenti Emmanuel Makrona təbrik məktubu göndərib.
“Təlimlərin siyasi və beynəlxalq cəhətdən əhəmiyyəti var”
“Azərbaycanla eyni səviyyəli tərəfdaşlar kimi, NATO standartlarına uyğun hərbi təlimlər keçirirsə, bu, hərbi qurumlarımızın yüksək səviyyəli hazırlığından xəbər verir. Eyni zamanda, bu təlimlərin keçirilməsinin mühüm əhəmiyyəti döyüş taktikasının daha da mükəmməlləşməsi və mübadiləsi deməkdir”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
Ekspert: “Bakı forumu gözəl ideya və fikirlər verib”
“Bakıda işini yekunlaşdıran IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hesab edirəm ki, bir sıra məqamları ilə uzun müddət həm müzakirə üçün mövzular açacaq, həm də forumun gündəliyində səslənən fikirlər daha yeni ideyaların müzakirə və həyata keçirilməsi üçün zəmin yaradacaq”. Bunu müstəqil hərbi eskpert Üzeyir Cəfərov deyib.
XİN Şuşanın işğalı ilə bağlı bəyanat yaydı
Azərbaycan Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə əlaqədar bəyanat verib. “Olaylar” xəbər verir ki, bəyanatda deyilir: Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
AXCP və Müsavat – siyasi düşmənçilikdən amansız biznes rəqabətinə doğru SİYASİ ARAŞDIRMA+FAKTLAR
Müxtəlif saxta yollarla Avropada sığınacaq almağa çalışan şəxslərin hələ sentyabr ayında Fransanın Strasburq şəhərində “Azərbaycan Naminə Demokratiya” (“AND” - “Azerbaijan Needs Democracy”) adlı qurum yaratmalarının ardınca yeni təfərrüatlar meydana çıxmaqdadır. Xatırladaq ki, adıçəkilən qurum təsis edilərkən, orada “Milli Şura”nın sədri Cəmil Həsənli, eyni zamanda həmin təşkilatın koordinasiya şurasının üzvü, Müsavat başqanının müavini Tofiq Yaqublu da iştirak edib. Yeri gəlmişkən, Müsavat partiyasının “Milli Şura”da təmsil olunmamasına baxmayaraq, T.Yaqublu həmin təşkilatda koordinasiya şurasının üzvü olaraq qalmaqdadır.
Torpağını satan, vətəninə xəyanət edən şəxslərə qarşı güzəşt ola bilməz
Tərtər rayonu istiqamətində yerləşən hərbi bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı təxribat fəaliyyəti həyata keçirən, erməniyə satılan, xalqına, dövlətinə, torpağına və vətəninə xəyanət edən şəxslərin həbs edilməsi gözəl xəbərdir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib.
Fransada liberal dəyərlər qatı sağçılara qalib gəldi
“Fransada liberal dəyərlər qatı sağçılara qalib gəldi. Müsyo Makron BMT Təhlükəsizlik Sırasının daimi üzvü olan nüvə dövlətinin başçısı seçildi”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Nəzakət Məmmədova bildirib ki, bu, həm dünya üçün, həm də Azərbaycan və Türkiyə üçün yaxşı xəbərdir: “BMT Təhlükəsizlik Sırasının beş daimi üzvündən biri olan nüvə dövləti, ATƏT-in Minsk qrupunun həmsədri, NATO və AB kimi təşkilatların aparıcı olkəsində radikalların hakimiyyəti yaxşı heç nə vəd etmirdi. Sağçıların liderini dəstəkləyən olkələrdən birinin Rusiya oldugu məlumdur.
Ermənilər 109 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 109 dəfə pozub.
Bayram Səfərov: “Hər gün Şuşaya qayıtmaq istəyirik”
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü münasibətilə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, bir qrup millət vəkili, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanı ziyarət edib.
Bakıda sevgililərə hökm oxundu - 9 il cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən sevgililər - Fərid Əhmədov vəNigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.














