Siyasət
Ərzurumda Heydər Əliyev Parkı və Azərbaycan prospekti açılacaq
Cəbhə xəttində atəşkəs 121 dəfə pozuldu
Dövlət Komitəsinin sədr müavini: “Ermənistan Suriya ermənilərini işğal olunmuş ərazilərimizdə yerləşdirməyə çalışır”
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda panel keçirilib. Panelin moderatoru UNESCO Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimed olub.
"NATO Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır"
"NATO Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır". Bunu NATO-nun Gürcüstandakı əlaqələndirici ofisinin rəhbəri Uilyam Laxyu deyib. O bildirib: "Azərbaycanın vətəndaş cəmiyyəti üçün NATO haqqında informasiya təqdim etməklə, ictimai diplomatiya sahəsində əməkdaşlığımızı genişləndirəcəyik".
"Mədəniyyətlərarası dialoq qlobal problemləri həll etməyə kömək edə bilər"
"Bu gün dünyada çox hadisələr baş verir və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər qlobal problemlərin həlli üçün faydalı ola bilər". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Macarıstanın Xarici iqtisadi əlaqələr və xarici işlər nazirliyinin mədəniyyət və elm diplomatiyası üzrə dövlət katibi İştvan İydyaro deyib.
Putin Mirzoyevi vəzifədən çıxardı - Sərəncam
Rusiya Prezidentinin İşlər İdarəsinin Baş İstismar İdarəsinin rəisi Vladimir Mirzoyevi vəzifəsindən azad edilib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Dünyanın təhlükəsizliyi üçün yeganə yol
Mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib. Prezident bildirib ki, Forumun iştirakçılarının sayı ilbəil artır: "Foruma 120 ölkədən iştirakçı qatılıb.
Mixail Qusman: "Polad Bülbüloğlunun baş direktor seçilməsi üçün böyük şansı var"
"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçilməsi üçün böyük şansı var". Bunu Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.
Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini ilə görüşüb
Mayın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Thiau ilə görüşüb.
Prezident: “Turistlərin Azərbaycana rahat gəlmələri üçün hər cür şərait yaradılıb”
Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulanıb.
Səməd Seyidov: "Dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac var"
"Sivilizasiyalar arasında mədəni əlaqələrin yaranmasında siyasətçilərin və parlament üzvlərinin rolu mühümdür". Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədən körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda keçirilən panel iclasında deyib.
İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulandı.
"Ermənistan Qarabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır"
"Təxminən 25 il əvvəl belə fikir irəli sürülmüşdü ki, "soyuq müharibə" başa çatdıqdan sonra dünya ölkələrinin birinci, ikinci, üçüncü ölkələrə bölünməsinin mənası bitib və sivilizasiyaların toqquşması, İslam aləmi ilə Qərb dünyasının toqquşması qaçılmaz olacaq". Bu sözləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda paneldə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Cibuti Milli Assambleyasının sədri: Bakıda keçirilən forum mədəniyyətlərarası dialoq üçün geniş imkanlar verir
Bakıda keçirilən forum mədəniyyətlərarası dialoqa nail olmaq üçün bizə geniş imkanlar verir. Bunu Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Həmid Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” adlı panel sessiyasında çıxışı zaman deyib.














