Siyasət
Erməni maraqlarına xidmət edən vətəndaş cəmiyyəti nümayəndələri
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkədə müşahidə edilən müsbət tendensiyalardan biri də vətəndaş cəmiyyətinin inkişafı, QHT sektorunun yaradılması oldu. Etiraf etmək lazımdır ki, bu sektorda qısa müdətdə bir canlanma, inkişaf baş verdi. Xüsusilə, Qərbin, Avropanın müəyyən dairələrinin müstəqil respublikalarda vətəndaş cəmiyyətini inkişaf etdirmək məqsədilə yeni yaranan təşkilatlara qrantlar ayırması bu sahəni ayrı-ayrı şəxslər üçün daha cəlbedici edirdi.
Mehriban Əliyeva: "Bakı Forumu çərçivəsində aparılacaq müzakirələr dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcək"
Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.
Soçidə Qarabağı problemi niyə müzakirə edilmədi?
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Təyyub Ərdoğanın 3 mayda Soçidə keçirilən görüşü ətrafında müzakirələr davam edir. Bu görüşün həm Moskva, həm də Ankara üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləmək olar. Ən azından ona görə ki, tərəflər bəzi məsələrdə ümumi razılıq əldə edə bildilər. Ancaq Soçi görüşündə prezidentlərin Qarabağ məsələsini müzakirə etməməsi Azərbaycan üçün heç də xoş bir hal kimi qarşılanmadı. Bəs görəsən Putin-Ərdoğan görüşündə Qarabağ məsələsi nədən diqqət kənarında qaldı?
Bolqarıstan vitse-prezidenti: Ekstremizm din və sərhəd tanımır
Ekstremizm din və sərhəd tanımır. Bunu Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel müzakirələr zamanı Bolqarıstanın vitse-prezidenti İliana Yotova deyib.
Avstriya Xalq Partiyası: Bakı Forumu vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır
Bu gün dünyada belə forumların keçirilməsi çox əhəmiyyətlidir və bir çox vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Bunu Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Avstriya Xalq Partiyasının Şəhər Şurasının üzvü Tomas Rajakoviçs deyib.
FAO: Bakı pozitiv dünya proseslərində katalizator rolunda çıxış edir
Bəşəriyyəti narahat edən qlobal problemlərin yeganə həll yolu dialoqdur. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktor kabinetinin direktoru Mario Lyubetkin bu gün Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.
Birinci-vitse prezident Mehriban Əliyeva UNESCO-nun baş direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb. Görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.
"Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" 1-ci panel
Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr mövzusunda 1 ci plenar sessiya keçirilib.SİA-nın xəbərinə görə, sessiyaya BMT Sivilizasiyalar Alyansının (BMT SA) Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saad moderatorluq edib.
Azərbaycana olan beynəlxalq maraq artır
Son günlər Azərbaycana yönəlik beynəlxalq diqqət artmağa başlayıb. Belə ki, son bir iki gün ərzində Qərbin 4 müxtəlif nümayəndəsi: ABŞ Etnik Anlaşma Fondunun prezidenti, NATO Baş Katibinin İctimai Məsələlər üzrə müavini, İSESKO-nun Baş Direktoru, BMT-nin Sivilizasiyalar üzrə ali nümayəndəsi ayrı-ayrılıqda dövlət başçısı İlham Əliyevin qəbulunda olublar.
Vitse-spiker: "ATƏT PA-nın prezidenti payızda Azərbaycana səfər edə bilər"
ATƏT Parlament Assambleyasının prezidenti Kristin Muttonen payızda Azərbaycana səfər edə bilər. Bunu Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova deyib. Vitse-spikerin sözlərinə görə, daha öncə Muttonenin səfəri ATƏT Parlament Assambleyasının yay sessiyasına qədər planlaşdırılırdı, lakin sonradan tarix dəyişib. B.Muradova əlavə edib ki, səfərin daha dəqiq tarixi barədə danışıqlar hələ davam edir.
"Əməkdaşlıq olmadan terrorçuluqla mübarizədə qalib gələ bilmərik" - Elmar Məmmədyarov
Biz Azərbaycanda multikultural dialoqa önəm veririk. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dialoqun təşviqi və körpülərin qurulması: zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" adlı panel müzakirəsində deyib.
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir"
Rusiya Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün əlindən gələni edir. Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitriy Solovyov deyib.
Bakı Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. Mərasimində prezident İlham Əliyev, YUNESKO-nun baş direktoru İrina Bokova, BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkin, BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyciri, Avropa Şurası baş katibinin müavini Gabriella Battaini-Dragoni çıxışları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi Joze Graziano da Silvanın müraciətinin oxunması nəzərdə tutulur.
BMT baş katibinin ali nümayəndəsi: "Dünya Azərbayan prezidentinin təşəbbüsünü qəbul edir"
"Dünya Azərbayan prezidentinin bu forumu keçirmək təşəbbüsünü qəbul edir və anlayır". Bunu BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbduləziz Əl-Nasser deyib. "Bakı prosesi təkcə mədəniyyətlərarası dualoqun təşviqi ilə məşğul deyil. Biz Azərbaycan höküməti və BMT qurumları ilə yanaşı, bunun bir hissəsi olmaqdan məmnunuq. Biz bu forumda həm Azərbaycan, həm də digər ölkələr və təşkilatların üzərinə götürdükləri öhdəliyin şahidiyiq".
Fransız deputat: “Bakı şopinq mərkəzinə çevrilir”
Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin Bakıda keçirilən Şopinq Festivalını Azərbaycan üçün “böyük üstünlük” sayır.














