Siyasət
BQXK əməkdaşlarının Ağdamda ermənilər tərəfindən atəşə tutulması barədə xəbərlərə münasibət bildirib
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz əməkdaşlarının ötən gün Ağdam istiqamətində ermənilər tərəfindən atəşə tutulması barədə məlumatlara münasibət bildirib. BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova həmin tarixdə təmsil etdiyi qurumun əməkdaşlarının Ağdamda olduğunu təsdiqləsə də, hədəfin onlar olmadığını qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi zonasında BQXK təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələrə həyata keçirir.
BMT Ümumdünya Turizm Təşkilatının baş katibi: “Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik”
"Biz bu gün Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik". Bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib.
İSESCO-nun baş direktoru: "Bu gün Azərbaycan ahəngdarlıq ölkəsidir"
"Bu gün Azərbaycan ahəngdarlıq, sülh, demokratiya və inkişaf ölkəsidir". Bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri söyləyib. İSESCO-nun baş direktoru bildirib ki, dünyaya sülh lazımdır: "Ancaq sülh fobiyalar, ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir".
Rusiya-Türkiyə yaxınlaşması erməniləri vahiməyə salıb ANALİTİKA
“Rusiyanın dövlət başçısı Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirilən görüşləri bir sıra diplomatik jestlərlə müşahidə olundu, konkret olaraq Türkiyəyə qarşı Rusiyanın tətbiq etdiyi sanksiyaların aradan qaldırılması, eləcə də energetika sahəsində əməkdaşlıq barədə razılaşmalar əldə olundu”. Bu barədə Ermənistanın 1in.am saytında Rusiya və Türkiyə dövlət başçılarının Soçidəki görüşlərini əks etdirən analitik yazıda qeyd olunub.
"Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində mühüm addımdır"
"Bu Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində atılan mühüm addımdır. Çalışırıq ki, xalqlar arasında birliyi daha da gücləndirək". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin deyib. O, sülh mədəniyyətini təşviq etdiklərini bildirib: "Biz ictimai məlumatlılıq səviyyəsinin artmasına çalışmalıyıq. Çox şadam ki, İslam Əməkdaşlıq Təşkilatı da bu prosesə qoşulub. Biz ədavətə, ekstremizmə qarşı çıxır, qarşılıqlı anlaşmanı, mədəniyyəti təşviq edirik. İslam Əməkdaşlıq Təşkilatı bundan sonra da dinlər və sivilizasiyalar arasında dialoqa dəstəyi davam etdirəcək”.
Əbdüləziz Əl-Nasser: "Nailiyyətlərə nail olmaq üçün mədəni körpülərin qurulmasına diqqət yetirməliyik"
"Biz hamımız əməkdaşlıq edərək, hədəf və məqsədlərə nail olmalıyıq. Biz hərbi münaqişələrin qarşısını almalıyıq". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser söyləyib.
Ölkə rəhbəri: "Azərbaycan mədəniyyətlərarası dialoq rolunu oynamaqla fəxr edir"
"Bu gün bu Forumda beynəlxalq ictimaiyyətin əksəriyyəti təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti: "Əminəm ki, Forumda qəbul edilən qərarlar uğurla həyata keçiriləcək"
"Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Azərbaycan enerji təhlükəsizliyinə mühüm töhfə verir, Cənub Qaz Dəhlizi ilk mərhələdə 7 ölkəni birləşdirəcək. Bu ölkələr təbii tərəfdaşlarımız olacaq, biz qarşılıqlı surətdə bir-birimizdən asılı olacağıq. Azərbaycanın təşəbbüskarı olduğu layihələr Azərbaycanın beynəlxalq əməkdaşlığa və mədəniyyətlərarası dialoqa yatırdığı sərmayədir". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Politoloq: “Forumun təşkili ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”
“Bu günlərdə Bakı şəhərində BMT, Avropa Şurası və YUNESKO-nun, tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu nüfuzlu beynəlxalq təşkilatların ökəmizə olan diqqətin təzahürüdür”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Azərbaycan prezidenti: "Əminəm ki, Forumda qəbul edilən qərarlar uğurla həyata keçiriləcək"
"Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Azərbaycan enerji təhlükəsizliyinə mühüm töhfə verir, Cənub Qaz Dəhlizi ilk mərhələdə 7 ölkəni birləşdirəcək. Bu ölkələr təbii tərəfdaşlarımız olacaq, biz qarşılıqlı surətdə bir-birimizdən asılı olacağıq. Azərbaycanın təşəbbüskarı olduğu layihələr Azərbaycanın beynəlxalq əməkdaşlığa və mədəniyyətlərarası dialoqa yatırdığı sərmayədir". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı: "Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb"
"Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü qeyd etdik. Bütün bunlar göstərir ki, taleyiniz öz əlinizdə olan zaman böyük uğurlara imza atırsınız. Yalnız azad olan zaman böyük uğurlar qazana bilərsiniz. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda köklərinə bağlıdır". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Politoloq: "Qazaxıstanın mövqeyi Azərbaycanın mövqeyinə ən yaxındır"
"Qazaxıstan prezidenti N.Nazarbayev Azərbaycana səfər etdi. Prezident İlham Əliyevlə görüş zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə edildi. Qazaxıstanla Azərbaycan arasında heç zaman problem müşahidə olunmayıb". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Musa Qasımlı: “Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi”
"Dünya nizamının az qala yox olduğu indiki dövrdə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi və ondan bəzilərinin alacağı böyük ibrət dərsləri vardır”. Bunu millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Xarici işlər katibi Təhminə Janjua: Pakistan Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişafına önəm verir
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin yeni xarici işlər katibi xanım Təhminə Janjua ilə görüşüb. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirən səfir ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərinin, eləcə də Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb.












