Siyasət
Novruz Məmmədov: "AŞPA-nın Türkiyəyə qarşı münasibətini tamamilə ədalətsiz hesab edirik"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyəyə qarşı göstərdiyi bu münasibəti, əlbəttə ki, tamamilə ədalətsiz hesab edirik. AŞPA-nın Türkiyəni yenidən monitorinq altına alması ilə bağlı qərarı Avropada, Avropanın müəyyən strukturlarında gedən proseslərdir ki, bunlar bir əsas xətdə özünü göstərir.
Novruz Məmmədov: "Ermənsitan, hələ ki, öz mövqeyini dəyişmək istəmir"
Ermənistan tərəfi özünü yenə də konstruktiv apara bilmir, vaxtı uzatmağa, status-kvonu saxlamağa var qüvvəsilə cəhd göstərir. Mənim təəssüratım, məndə olan məlumat budur.
Prezident İlham Əliyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib"
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində söyləyib.
Prezident İlham Əliyev və xanımı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər - YENİLƏNİB
Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
Minlərlə insan küçələrə çıxdı - Tramp doğulduğu şəhərdən qovulur
Əbülfəs Qarayev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir"
"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir və tərəfdaş təşkilatların sayının artması da bunu göstərir: "BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ildən Forumun təşkilatçıları sırasında iştirak etməsi mühüm faktdır. İnanıram ki, iki gün ərzində tədbir iştirakçıları Azərbaycanın qidasının da dadlı, təhlükəsiz olduğunun şahidi olacaqlar".
Azərbaycan, Türkiyə və Gürcüstanın yüksək rütbəli hərbçiləri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər
Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.
"Bakı prosesi mədəniyyətlərarası dialoqa öz töhfəsini verir"
"Bakı prosesi ilk başlandığı gündən mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Builki forumdan da gözləntimiz budur". SİA-nın xəbərinə görə, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Baş katibinin müavini Əmr Abdel Ghaffar IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
NATO baş katibinin müavini: "Azərbaycan çox dəyərli tərəfdaşdır"
"Azərbaycan NATO üçün çox dəyərli tərəfdaşdır". Bunu Bakıda səfərdə olan NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem deyib. İlk dəfədir bu vəzifədə Bakıya səfər etdiyini söyləyən türkiyəli T. İldem bildirib ki, alyans Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
UNESCO baş katibinin müavini: “Bakıya danışmağa gəlməmişik, artıq əməllərə keçmişik”
“Bu il keçirilən Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-nun cədvəlində əsas tədbirə çevrilib”. Bunu UNESCO baş katibinin müavini Nada əl-Naşif IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Bakı forumu UNESCO mandatı ilə üstə-üstə düşür. "Biz danışmağa gəlməmişik, artıq əməllərə keçmişik”, - deyə o vurğulayıb. Nada əl-Naşifin sözlərinə görə, Mədəniyyətlərarası Dialoq Forumu böyük bir tədbirə çevrilib.
Xocalı Soyqırımının tanınmasına dair petisiyanı dəstəkləyək
Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən başlayaraq petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırımı kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir. Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www. change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.
Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter almalıdır
"Son zamanlar dünyada münaqişələrin artması, miqrant problemləri, irqi və dini dözümsüzlük müxtəlif ölkələr və xalqlar arasında ziddiyyətlər yaradıb". Bu sözləri millət vəkili Tahir Mirkişili deyib.
Mehriban Əliyeva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında iştirak edib
Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib.
"Ətraf mühiti qorumaq pərdəsi altında TAP layihəsinə qarşı çıxmağın yeri yoxdur"
"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aprel ayının sonunda İtaliyaya səfəri təkcə ona görə xüsusi əhəmiyyət kəsb etmir ki, bu il rəsmi Roma və Bakı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur, həmçinin ona görə ki, bu münasibətlər bu gün həm iqtisadi, həm də siyasi baxımdan xüsusi strateji əhəmiyyətə malikdir".
Ramnat Sinqh Fonia: "Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır"
"IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həllinə səy göstərərək beynəlxalq dialoqun yaradılması üzrə mühüm təşəbbüsdür". Bunu Hindistan Memarlıq Araşdırmaları Mərkəzinin baş direktoru Ramnat Sinqh Fonia deyib. Onun sözlərinə görə, dünya ölkələrindən nümayəndələrin bir araya gəlməsi mütləq müsbət nəticələrə gətirib çıxaracaq: "Multikulturalizm mərkəzi olan Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır".














