Siyasət
Burkina-Faso rəsmisi: "Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir"
"Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir". Bunu Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hien deyib. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır: "Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydandır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var".
Azərbaycan prezidenti ISESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edilib, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib.
Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH
Azərbaycanın şimal qonşusu Rusiyanın Prezidenti Vladimir Putinin son üç gündə keçirdiyi görüşlər, apardığı danışıqlar bölgə və dünyanın təhlükəsizliyi baxımından vacib sayıla bilər.
Sülh Platforması nəzdində “Sülh Səfirləri” institutu təsis olunub
Ermənistan Azərbaycan Sülh Platformasının nəzdində “Sülh Səfirləri” institutu təsis olunub. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, “Sülh Səfirləri” Sülh Platformasına üzv olan müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin fəal üzvləridir.
YUNESKO: Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi sülh mühitini yaratmaqdır
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi insanlar arasında sülh mühitinin yaradılmasıdır. Bunu YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif deyib. Onun sözlərinə görə, məqsəd münaqişələrin qarşısının alınmasından ibarətdir: "Bizim burada etdiklərimiz YUNESKO-nun bütün dünyada mədəniyyətlərarası dialoqla bağlı səylərinin bir hissəsidir".
Ermənistanın geosiyasi xülyası: saxta ssenarilərin izi ilə
Amerika ilə Rusiya arasında Yaxın Şərqdə və Şərqi Avropada mübarizə kəskinləşdikcə, bir sıra dövlətləri qorxu bürüyür. Ermənistan onların sırasında birinci yerdədir.
Ankara-Moskva yaxınlığa hər iki ölkənin maraqlarına cavab verir
“Türkiyə və Rusiya liderlərinin görüşü bir-birinə səmimi münasibətindən irəli gələn görüş yox, bu, əslində diplomatik zərurətdən irəli gələn görüşdür. Mən təkcə nəticəni deyil, eyni zamanda bu görüşün reallaşmasını müsbət addım hesab edirəm. Bu gün Rusiya dünyada sanki təklənmiş vəziyyətdədir.
Britaniyalı professor: Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır
Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya üçün olduqca vacib əhəmiyyət daşıyır. Bunu Böyük Britaniyanın Coventry Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru professor Mayk Hardi deyib. O qeyd edib ki, artıq 4-cü dəfə keçirilən Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır:“Bu gün müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan tərəfindən təşəbbüs ediləndən mən bu prosesə qatılmışam və bu forum mədəniyyətlər arasında dialoqun qurulmasına vacib töhfə verir”.
Britaniyalı professor: Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır
Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya üçün olduqca vacib əhəmiyyət daşıyır. Bunu Böyük Britaniyanın Coventry Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru professor Mayk Hardi deyib. O qeyd edib ki, artıq 4-cü dəfə keçirilən Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır:“Bu gün müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan tərəfindən təşəbbüs ediləndən mən bu prosesə qatılmışam və bu forum mədəniyyətlər arasında dialoqun qurulmasına vacib töhfə verir”.
Markedonov: “Qarabağ münaqişəsində status-kvonun Moskva və ya Vaşinqton tərəfindən pozulacağını gözləmək yanlışdır”
“Cənubi Qafqazdakı münaqişələrin güc yolu ilə həlli mövcuddur”. Bunu rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tarix elmləri namizədi Sergey Markedonov Müasir Rusiya Tarixi Muzeyində Cənubi Qafqazdakı münaqişələrə həsr olunan “Zaqafqaziya: münaqişələr arxada qalıb, yoxsa irəlidədir?” mövzusunda mühazirəsində deyib.
BMT-nin ali nümayəndəsi: “Dünyada İlham Əliyev kimi liderlərə böyük ehtiyac var” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.
PA nümayəndəsi: “Heydər Əliyev hakimiyyətə gələndə cənubda qondarma "respublika" yaradılmışdı, şimalda "sadvalçılar" at oynadırdı"
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib.
"Sadə ermənilərlə düşmənçilik aparmayan Azərbaycan xalqı torpaqlarının azad olunmasını istəyir"
İvanovkada yaşayan ruslar heç bir ayrı-seçkiliklə, münaqişə ilə üzləşmədiklərini, kollektiv şəkildə işləyərək mehriban yaşadıqlarını dedilər və buna çox sevindim.
Heydər Əliyev və İslam həmrəyliyi ideyası
Müstəqillik qazanandan sonra dünyanın bütün ölkələrilə normal beynəlxalq münasibətlər quran Azərbaycan Respublikası müsəlman ölkələri ilə də mehriban əlaqələr müstəvisində eyni zamanda İslam Konfransı Təşkilatı çərçivəsində İslam dünyasının maraq və mənafelərini müdafiə edir və həmin ölkələrlə beynəlxalq hüququn tələblərinə uyğun olaraq əməkdaşlığını davam etdirməkdədir. Bu baxımdan dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir.
Rusiya bütün tərəflərdən getdikcə artan təzyiq altındadır
ABŞ-ın Suriyaya raket zərbələrinin endirməsinin güc nümayişi, Çinin rəğbətini qazanmaq, Trampın ölkə daxilində reytinqini yüksəltmək kimi motivasiyaları olsa da əsas səbəb Rusiyanın maraqlarına zərbə vurmaq idi. RF bu zərbələrdən sonra öz hərbi planlarında müəyyən korreksiyalar etdi. İndi həm Suriya həm də RF hərbçiləri Suriyanın daxilində özlərini rahat hiss etmirlər. Rusiya hərbi təyyarələrinin bir qismini Suriya ərazisindən çıxardı. Suriya isə hərbi qüvvələrini səpələdi.













