Siyasət

Azərbaycan siyasi dialoq məkanına çevrilib

4 May 2017 14:11

Mayın 4-də  4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Beləliklə, “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 4-6 may tarixlərində Bakıda keçiriləcək.

Soçi görüşü Türkiyə və Rusiya arasında olan buzları tam əritmədi

4 May 2017 14:02

Türkiyə və Rusiya cəmiyyətinin əsas diqqət mərkəzində olan Soçi görüşü nəhayət ki, baş tutdu. 3 saata yaxın davam edən Ərdoğan-Putin görüşündə başda Suriya məsələsi olmaqla regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər ətrafında da geniş müzakirə aparıldı. Görüşün ən mühüm nəticələrindən biri, iki liderin də ifadə etdiyi kimi, Türkiyə ilə Rusiya arasındakı normallaşma prosesi və qarşılıqlı əməkdaşlıq prosesinin yeni bir məhləyə qədəm qoyması idi. Soçi görüşünün nəticəsi onu deməyə əsas verdi ki, bu əməkdaşlıq prosesinin gücləndirilməsi məsələsində qətiyyətli mövqe var və əlaqələrin bundan sonrakı mərhələsi də hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı təşkil edilib

4 May 2017 14:00

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin üçüncü toplantısı keçirilir. Toplantıda çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Bakının həm müasir, həm də klassik arxitekturasının mədəniyyətlərin harmoniyası olduğunu deyib. “Azərbaycan multikulturalizm ənənələrinin məkanıdır, sivilizasiyaların kəsişdiyi ölkədir. Azərbaycan artıq dördüncü dəfədir ki, bu nüfuzlu tədbirə ev sahibliyi edir. Bakı dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. “Bakı prosesi” dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir platformaya çevrilib. Azərbaycan həmişə bu istiqamətdə iş aparıb”, - deyə A.Kərimov qeyd edib.

UNESCO həmsədri: "Azərbaycanın mədəniyyətlərarası dialoqda böyük ənənəsi, təcrübəsi var"

4 May 2017 13:43

Dünyada mədəniyyətlər arasında dialoqunu qurulması və inkişafı olduqca vacib amildir. Bunu ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman deyib. S.Şankman hesab edir ki, bu gün mədəniyyətlərarası dialoq genişləndirilməlidir.

Azərbaycan - böyük dəyişikliklərə və islahatlara doğru- SİYASİ TƏHLİL

4 May 2017 13:39

Son illər dünyada gedən iqtisadi proseslər və bu proseslərdən doğan böhranlı vəziyyətlər baş verənlərdən münbit çıxış yolu tapmaq istiqamətində yeni siyasi-iqtisadi tandemlərin yaranmasına səbəb olmaqdadır. Xüsusilə, neft istehsalı və ixracatı ilə iqtisadiyyatının əsaslarını formalaşdırmış dövlətlər iqtisadiyyatın qeyri-neft sektorları üzrə potensiallarını kəşf etmək əzmini nümayiş etdirirlər. Ümumiyyətlə, neftdən asılılığın aradan qaldırılması üçün yeni ideyalar, layihələr təqdim olunmağa başlayıb. Bu baxımdan, Azərbaycan hakimiyyəti də bu yöndə daha müasir və daha güclü iqtisadi potensiala malik olmaq üçün mühüm addımlar atmaq ərəfəsindədir.

“Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib

4 May 2017 13:23

“Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsinin bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyyətlərin əsası Heydər Əliyev tərəfindən qoyulub”.

Mohamed Əli Huməd: “Cibuti Respublikası həmişə Azərbaycanın yanındadır”

4 May 2017 13:10

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının Sədri Mohamed Əli Humədin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, sədr diqqətə çatdırıb ki, ilk dəfədir ki, Cibuti parlamentinin sədri Azərbaycana səfər edir və bu səfərin parlamentlərarası münasibətlərimizin inkişafına töhfə verəcəyinə əmindir.

Müdafiə Sənayesi Nazirliyinin məhsulları “İDEF-2017” nümayiş olunacaq

4 May 2017 12:54

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.

Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu: Azərbaycan dünya üçün çox faydalı iş görür

4 May 2017 12:48

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya xalqları üçün vacib olan bir məsələdir. Bunu  Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Pilho Park deyib.

Deputat: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir

4 May 2017 12:43

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. 

Petisiyaya qoşulun

4 May 2017 12:41

Ermənilərin Xədicə İsmayılı ürəkdən dəstəkləməsinin sirri ANALİTİKA+FAKT

4 May 2017 12:15

Məlum olduğu kimi, mayın 3-də Dünya Mətbuat Azadlığı günündə məşhur “əl-Cəzirə” TV-nin ingilisdilli saytında “Azadlıq Radiosu”nun əməkdaşı, eyni zamanda özünü “hüquq müdafiəçisi” kimi tanıtmağa cəhd edən Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsi dərc edilib və X.İsmayıl həmin məqalədə gözlənildiyi kimi qərəz və böhtanları ilə hakimiyyətə qarşı arqumentsiz fikirlər səsləndirib.

"Eurasia Review": Ümumdünya Forum iştirakçıları Naxçıvanda mədəniyyətlərarası dialoqun ənənələri ilə tanış olacaq

4 May 2017 12:07

4-6 may tarixlərində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə IV Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu, ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teysin “Eurasia Review” saytındakı məqaləsində deyilir.

Bakıda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

4 May 2017 12:04

Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb.