"ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir"
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir və ölkəmizlə əməkdaşlığı davam etdirmək niyyətindədir". Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
2 İyun 2017 12:39 SiyasətABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir və ölkəmizlə əməkdaşlığı davam etdirmək niyyətindədir". Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
ABŞ Prezidentinin məktublarında Azərbaycanın ABŞ-la indiyə qədər olan əməkdaşlıq münasibətlərinin yüksək qiymətləndirildiyini xatırladan deputat hesab edir ki, bundan sonra ABŞ-Azərbaycan əməkdaşlığı qarşılıqlı anlaşma, bir-birinin maraqlarına hörmət və bütövlükdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam edəcək".
B. Sadıqov qeyd edib ki, ABŞ prezidentinin 28 May - Respublika Günü, eləcə də "XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidentinə göndərdiyi məktublar həmçinin Trampın yeni prezident seçilməsindən ABŞ-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi ilə bağlı məsələlərə də aydınlıq gətirmiş oldu: "ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla münasibətdə hansı mövqe tutacağını diqqətlə izləyirdik. Trampın məktubları bu məsələlərə aydınlıq gətirdi və ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu göstərdi. ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir, terrorizmə qarşı birgə mübarizədən tutmuş bir çox sahələri əhatə edir və biz həmişə istəmişik ki, ABŞ-la münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində qalsın və davam etsin". Sia.az