Siyasət
Ekspert: “Forumda hər kəs sülh çağırışı edirdi”
“4-6 may tarixlərində Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda reallaşıb.
Qondarma "erməni soyqırımı"nın Ukrayna Ali Radasında müzakirəyə çıxarılmasının qarşısı alındı
Ukrayn Ali Radasının gündəmində qondarma "erməni soyqırımı"nın tanınmasına dair məsələ yoxdur. Bunu açıqlamasında Ali Radanın Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Maksim Kuryaçi deyib. Bu yaxınlarda Zaporojyedən olan deputatların qondarma "erməni soyqırımı"nın tanınmasına dair qanun layihəsini qanunverici orqana təqdim etməyə cəhd göstərməsini şərh edən M.Kuryaçi vurğulayıb ki, hazırda Ukrayna Ali Radasının gündəliyində belə məsələ yoxdur: "Üstəlik, heç ictimaiyyət arasında da belə məsələ aktual deyil. Yerli şuralardan heç birinin belə strateji məsələləri müzakirəyə çıxarmaq hüququ yoxdur. Əgər kimsə buna cəhd edərsə səlahiyyətlərini aşmış olar".
Putinin düşmənini bu 5 nəfərdən biri əvəz edəcək – SİYAHI
“Fox News” telekanalı Federal Təhqiqatlar Bürosunun (FTB) başçısı postuna iddiaçıların adlarını açıqlayıb. Kanal iddiaçıların adlarını özünün Tvitter səhifəsində yerləşdirib.
Prezident İlham Əliyevin təşəbbüsünə beynəlxalq dəstək gəldi
Bu gün Bakıda "Beynəlxalq İƏT Modeli" Gənc Liderlər Zirvəsi öz işinə başlayıb. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən IV İslam Həmrəylik Oyunları ərəfəsində İƏT ölkələri gənclərinin həmrəyliyini inkişaf etdirəcək xüsusi gənclik proqramının keçirilməsi barədə qərar qəbul edilib. Həmin qərara əsasən, bu gün Gənclər və İdman Nazirlyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İƏT Gənclər Forumu) təşkilatçılığı ilə "Beynəlxalq İƏT Modeli Gənc Liderlər Zirvəsi" öz işinə başlayıb.
Türkiyə Hava Qüvvələri komandanı: "Azərbaycan strateji ortağımızdır"
"Biz Azərbaycanlı qardaşlarımızla həmişə birlikdəyik". Bu sözləri İstanbulda keçirilən XIII Beynəlxalq Müdafiə Sərgisində açıqlamasında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünal deyib.
Xarici KİV-lər OANA İcraiyyə Komitəsinin Beyrutda keçirilən iclasını geniş işıqlandırıb
Xəbər verdiyimiz kimi, mayın 3-də Livan Respublikasının paytaxtı Beyrutda AZƏRTAC-ın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.
Tramp Ərdoğanı pərt etdi - Türkiyənin cavabı maraq doğurur
"ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı Ağ Evdə qəbul etməyə hazırlaşarkən qonağını pərt vəziyyətdə qoyub". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar şəhər və rayonlarda Gül bayramı və yaşıllaşdırma aksiyası keçirilib
Hər il 10 may - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur. Dövlət orqanlarına müraciət edən ayrı-ayrı təşkilatların və ictimaiyyət nümayəndələrinin bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə 2016-cı ildə Gül bayramının yeni formatda – ölkənin bütün şəhər və rayonlarında yaşıllaşdırma aksiyaları təşkil etməklə keçirilməsi barədə qərar qəbul olunub.
Qarabağda fəaliyyət göstərən Britaniya şirkətinə xəbərdarlıq
İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən "Grand Thronton" beynəlxalq şirkətinin törəmə şirkəti olan "Grand Thronton Ermənistan"ın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın "Hayastan" fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb.
Əsası ümummilli lider tərəfindən qoyulan mütərəqqi inkişaf siyasəti
Müstəqil Azərbaycan dövləti hazırkı mərhələyə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, təhlükəsizlik problemləri ilə üzləşən Azərbaycan ötən müddət ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə mühüm nailiyyətlər qazanıb, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub.
Prezident İlham Əliyev ağacəkmə aksiyasında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.
Ermənistan ordusunda əsgər əsgəri güllələyib
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölüm hadisəsi baş verib. Mayın 10-da səhər saat 08:40-da hərbi qulluqçu, kiçik serjant Qagik Aruşeviç Mesropyan güllə yarası alıb.
Ermənistan yeni ərazi iddialarında
Görünən odur ki, Ermənistan hələ də öz aqressiv və işğalçılıq siyasətini davam etdirməkdə qərarlıdır. Düşmən ölkənin bu günlərdə cəbhəninTərtər istiqamətində təxribata cəhdi belə deməyə əsas verir. Baxmayaraq ki, Azərbaycan tərəfi hələ də sülh prosesinə sadiqlik nümayiş etdirərək problemin danışıqlar yolu ilə həllinə maraqlı görünür, ancaq eyni mövqeni Ermənistan tərəfi sərgiləmir.














