Mərkəz sədri: “Gürcüstan-ABŞ münasibətlərində baş verənləri sıçrayış adlandırmaq olar”
“Gürcüstan-ABŞ münasibətlərində baş verənləri sıçrayış adlandırmaq olar. ABŞ prezidenti Donald Tramp imzaladığı “Konsolidə olunmuş ayırmalar aktında” Gürcüstanla münasibətlərə əlahiddə yer ayırdı”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
7 İyun 2017 11:58 Siyasət"Gürcüstan-ABŞ münasibətlərində baş verənləri sıçrayış adlandırmaq olar. ABŞ prezidenti Donald Tramp imzaladığı "Konsolidə olunmuş ayırmalar aktında" Gürcüstanla münasibətlərə əlahiddə yer ayırdı". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Gürcüstanın işğal olunmuş iki regionunu tanıyan dövlətlərə qarşı ABŞ hətta sanksiya qəbul edə bilər: "Baş nazir Q.Kvirikaşvili ABŞ-da səfərdə oldu. Prezident D.Tramp, vitse-prezident M.Pens və Dövlət Katibi R.Tillersonla görüşlər keçirdi. D.Tramp özünün tvitter mikro blokunda "bu gün mən Ağ Evdə Georgi Kvirikaşvilini salamlamaqdan şərəf duydum" sözlərini yazdı. Q.Kvirikaşvilinin fikrincə, D.Tramp Gürcüstanla münasibətlərin möhkəmləndirilməsi üçün aydın siqnallar verdi. Q.Kvirikaşvili vitse-prezident M.Penslə uzun müddətli müzakirələr apardığını bildirdi. Prezident Q.Marqvelaşvili D.Trampın imzaladığı sənədi yüksək qiymətləndirdi. Həm də Q.Marqvelaşvili Q.Kvirikaşvilinin ABŞ-dakı görüşlərini gürcü diplomatiyasının qələbəsi kimi qiymətləndirdi. Səfər zamanı təhlükəsizlik, kəşfiyyat məlumatlarının mübadiləsi barədə sənədlər imzalandı. D.Tramp Gürcüstanla ABŞ arasında münasibətlərin qurulmasının 25 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda Gürcüstanın müstəqillik və demokratiyasının həmişəki kimi bütün dünyanı ruhlandırdığını bildirdi.
NATO PA-nın növbəti iclası Gürcüstanda keçirildi. Yekun sənəddə Gürcüstanın NATO üzvlüyünə dəstək ifadə edildi. Amma hələki NATO PA hesab edir ki, Gürcüstan üzvlüyə fəaliyyət planı (ÜFP) statusunda olmalıdır. Gürcüstanın Xİ naziri M.Canelidze ölkəsinə ÜFP lazım deyil, NATO-nun üzvlüyü lazımdır. Onun bu fikrini prezident və baş nazir dəstəklədilər. NATO PA-nın iclasından bir neçə gün öncə NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri U.Lahyu qətiyyətlə bildirdi: "Qərar qəbul edilmişdi və Gürcüstan hökmən NATO-ya üzv olacaqdır. 25 NATO üzv dövlətlərinin təmsilçiləri Tbilisiyə məhz Gürcüstana dəstək vermək üçün toplaşıblar."
NATO Gürcüstanın limanlarında özünün qoşunlarını yerləşdirməyəcəkdir. Qara dənizdə təhlükəsizliyi Rumıniyada yerləşən çox millətli briqada vasitəsilə reallaşdıracaqdır. Bu barədə NATO Baş Katibinin müavini Rouz Gettemiller məlumat verdi". Sia.az