Akif Nağı: “Bu gün dünyada müsbət, mütərəqqi nümunələr var”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyində apardığı struktur dəyişiklikləri birdən-birə gündəmə gəlməyib. Bu, düşünülmüş bir addımdır”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyində apardığı struktur dəyişiklikləri birdən-birə gündəmə gəlməyib. Bu, düşünülmüş bir addımdır". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, cəmiyyətdə də bir sosial sifariş, istək var idi: "Bu bir növ müəyyən dəyişikliklərə, çeviklik və məsuliyyət hissinin artırılmasına səbəb olacaq. Ona görə də ilk baxışdan müşahidə edirik və görürük ki, Prezidentin sahələr üzrə köməkçilərinin sayı artır. Məqsəd ondan ibarətdir ki, həmin sahələr üzrə qərarların icrası ilə bağlı nəzarət mexanizmi gücləndirilsin, həm də orada məsuliyyət hissi artırılsın. Bu gün dünyada proseslər gedir. Hesab edirik ki, hər bir ölkənin özünün müəyyən bir daxili senzurası olmalıdır. Bu gün dünyada müsbət, mütərəqqi nümunələr var. Məqsəd odur ki, dövlətin, xalqın xeyrinə olsun. Başlıca olaraq bu strukturlar işləməlidir. Yəni bir çox dövlət qurumlarının işində ciddi irəliləyişlər olmalıdır. Bu gün kimsə haqsızlıqla üzləşəndə Prezidentdən savayı başqa ünvan tapa bilmir. Hər struktur öz səviyyəsində problemlərini həll etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31