Siyasət

Azərbaycanın uğurunu istəməyən antimilli qüvvələr

11 May 2017 14:52

Azərbaycanın bəzi qonşuları kimi müxalifət sarıdan da bəxti gətirməyib desək yanılmarıq. Bir qayda olaraq ölkədə müxalifətin başlıca funksiyası iqtidarın atmış olduğu hansısa səhv, yalnış addımları görüb, ona müəyyən təkliflər, tövsiyyələr vermək, bu və ya digər seçkilərdə iştirak edib hakimiyyətə gəlmək istəyi olsa da. lakin bu yanaşmanı Azərbaycan müxalifəti üçün səsləndirmək heç də doğru olmazdı. Düzdür, ölkədə kifayət qədər sadaladığımız meyarlara cavab verən müxalifət partiyaları da var.

Türkiyə ilə Rusiya arasındakı münasibətlər daha da yumuşalacaq

11 May 2017 14:49

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçi görüşü hələ də dünya siyasətçilərinin diqqət mərkəzindədir. Görüşün yekunlarının sözügedən dövlətlər arasındakı münasibətlərin istiləşmsinə, eləcə də regionda baş verən prosesləri təsiri barədə müxtəlif fikirlər səslənməkdədir.

İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizə olan inamın nəticəsidir

11 May 2017 14:13

Artıq IV İslam Həmrəyliyi Oyunlarına sayılı saatlar qalır. Mayın 12-də rəsmi start götürəcək İslamiada təkcə ərəb dünyası, müsəlman aləmi deyil, ümumilikdə bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, IV İslam Hərməyliyi Oyunları bütün parametrləri üzrə ölkəımizə yalnız və yalnız müsbət dividentlər gətirəcək.

Ermənilər ATƏT-in Tiflisdə keçirilən konfransında təxribat törətmək istədilər

11 May 2017 13:49

Ermənilər ATƏT-in "Saxta xəbərlər, dezinformasiya və KİV azadlığı" mövzusunda Tiflisdə keçirilən illik konfransında təxribat törətməyə cəhd göstəriblər. 

Prezident İlham Əliyev və xanımı Pirallahı rayonunda yeni körpü və yolun açılışında iştirak ediblər - YENİLƏNİB

11 May 2017 13:35

Mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxdılar.

Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə qərar verib

11 May 2017 13:30

Avropa İttifaqı Şurası bu gün Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib. Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama yayıb. "Elə indicə Avropa İttifaqının Nazirlər Şurası bizlərə - Ukrayna vətəndaşlarına vizasız səyahət hüququ verən yekun qərar qəbul edib. Mayın 17-də Strasburqda bu barədə müvafiq qanunvericilik aktı təntənəli şəkildə imzalanacaq.

MN: Ermənistan televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən açılan atəşə cavab verilib

11 May 2017 13:27

Azərbaycan Müdafiə NazirliyiErmənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın “Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə xəbərə münasibət bildirib. 

“Washington Times”: İlham Əliyev digərlərindən fərqli olaraq enerji ixracından siyasi məqsədlər üçün istifadə etmir

11 May 2017 13:24

“Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır”. Bu barədə “Washington Times” nəşrində iki ölkə arasında əməkdaşlığa dair yer alan məqalədə deyilir. Bildirilir ki, öz qonşularından fərqli olaraq Azərbaycan heç zaman enerjidən geosiyasi silah kimi istifadə etməyib.

Qırğızıstan portalında ulu öndər Heydər Əliyev haqqında məqalə yayılıb

11 May 2017 12:32

Qırğızıstanın goldenbridgenews.com portalı AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun ulu öndər Heydər Əliyev haqqında rus dilində geniş məqaləsini yerləşdirib.

Meksikada ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib

11 May 2017 12:23

Meksika Azərbaycan icmasının üzvləri iştirak etdiyi bu tədbirdə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, onun müasir Azərbaycan tarixində müstəsna rolunu qeyd edərək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini və ölkəni xaos və böhrandan qurtararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirin.

Millət vəkili: “Azərbaycan dünyada sülhün və ədalətin tərəfdarıdır” 

11 May 2017 12:11

“Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun həm ölkəmiz üçün, həm də dünya siyasəti üçün böyük əhəmiyyəti oldu. Azərbaycan inkişaf edən ölkədir və biz çalışırıq ki, iqtisadiyyatımızı şaxələndirməklə ölkəmizə beynəlxalq arenadan daha çox gəlirlər gəlsin. Dünya praktikasında da qəbul olunmuş  ən gəlir gətirən sahələrin önündə turizm sektorun inkişafı və xarici turistlərin cəlbi dayanır. Demək olar ki, ölkəmizdə turizm infrastrukturu formalaşıb. Amma beynəlxalq miqyasda təbliğinə böyük ehtiyac var”. Bunu millət vəkili Azər Badamov deyib.

Politoloq: “Bakı dostluğun və birliyin rəmzinə çevrilib”

11 May 2017 12:09

“Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının məhz ölkəmizdə keçirilməsi Azərbaycanın bir ölkə kimi nüfuzunun artmasına səbəb olub”. Bunu  politoloq Zaur Məmmədov deyib.

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edildi

11 May 2017 12:08

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Şurada “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupuna aid QHT-lərlə görüş keçirilib 

11 May 2017 12:05

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına “narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupundan üzv seçilən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüşü keçirilib.

Ermənilər 120 dəfə atəşkəsi pozub

11 May 2017 11:41

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.