Politoloq: “Heç bir dövlət terrordan sığortalanmayıb”
“Tehranda törədilən terror aktları bir daha onu göstərir ki, İranda proseslər tam şəkildə idarə olunmur. İstənilən vaxt İran ərazisində terror törədilməsi ehtimalı mümkündür”.
7 İyun 2017 16:18 Siyasət"Tehranda törədilən terror aktları bir daha onu göstərir ki, İranda proseslər tam şəkildə idarə olunmur. İstənilən vaxt İran ərazisində terror törədilməsi ehtimalı mümkündür".
Bu fikirləri politoloq Arzu Nağıyev bildirib. O qeyd edib ki, Suriyada, Qətərdə baş verənlərin, Səudiyyə Ərəbistanı ilə münasibətlərin son nöqtəsi kimi terror gözlənilən olmasa da, baş verməli idi: "İŞİD-in terrorla bağlı məsuliyyəti öz üzərinə götürməsi, eləcə də İran DİN-in verdiyi bəyanatlardan hiss olunur ki, terror elə yerlərdə baş verir ki, bu birbaşa onların dövlətə qarşı yönəldilməsindən xəbər verir və ya xəbərdarlıq kimi qəbul edilməlidir".
O vurğulayıb ki, İran ən böyük qonşularımızdan biridir və birgə layihələr icra edirik: "İranda çoxsaylı azərbaycanlılar var. Hesab edirəm ki, terrorun ünvanı olmur, heç bir dövlət terrordan sığortalanmayıb. Ona görə də informasiya mübadiləsi aparılmalı və terrorla mübarizədə bir yerdə olmaq lazımdır. Terror elə bir hadisədir ki, istənilən vaxt günahlı, günahsız insan ölə bilər. Buna görə də düşünürəm ki, qarşılıqlı əməkdaşlıq labüddür". Azadindform.az