Siyasət
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.
Azər Həsrət: “Oyunların açılışı Azərbaycanın mövqelərini möhkəmləndirəcək”
“Ümumiyyətlə IV İslam Həmrəyliyi Oyunları kimi nəhəng layihələrə imza atmaqla ölkəmiz son illər ərzində özünü çox sürətli şəkildə dünyaya tanıtmaqdadır. Əvvəllər ölkəmiz haqqında məlumatı olmayanlar belə artıq Azərbaycanı tanıyırlar”. Bunusiyasi şərhçi Azər Həsrət deyib.
Millət vəkili: “Sevinirəm ki, Azərbaycan belə uğurlu addımlar atır”
“Ümumiyyətlə IV İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün çox böyük, mötəbər bir tədbirdir”. Bunu millət vəkili Rövşən Rzayev deyib. Deputatın sözlərinə görə, bütün bunlar Azərbaycanın dünyaya açıq olmasının, ölkəmizin xoşməramlı bir dövlət olmasının, Azərbaycanın idman sahəsinə verdiyi önəmin göstəricisidir: “Təbii ki, bu bir günün məhsulu deyil.
“Baxın, arvadıma sataşır!”: Stalin Mikoyanı necə alçaldırdı? - GİZLİ TARİX
Dekabrın 21-də anadan olan İosif Vissarionoviç Stalin dünya tarixinin ən müəmmalı, ziddiyyətli fiqurlarından biridir. Ona birmənalı qiymət vermək praktik olaraq, mümkün deyil. Kimdir bu adam - dəhşətli repressiyaların səbəbkarı, faşizmin qalibi, qanlı cinayətkar, yoxsa böyük lider? Suallar açıq qalır və biz bu yazıda onlara cavab vermək iddiasında deyilik. Bu yazıda Stalinlə bağlı geniş məlum olmayan bir neçə epizoddan danışılacaq.
Kreml Qarabağda hərbi baza yaradır – İRANLA MÜHARİBƏ PLANI
“Bohemia” jurnalı Ümummilli lider Heydər Əliyevdən yazdı
Prezident "Ümid" və "Babək" yataqlarının işlənməsinə dair sənədləri təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib.
Bülbülün 120 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur.
Dünya Turizm Təşkilatının baş katibi Talib Rifai Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Baş nazir: "İordaniya Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanı dəstəkləyir"
"İordaniya beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəkləyir". Bunu Baş nazir Artur Rasi-zadə bu gün ölkəmizdə səfərdə olan İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılığı ilə nümayəndə heyətini qəbul edərkən deyib.
Ümummilli Lideri Heydər Əliyevin Buxarest şəhərində anıldı
Erməni diasporunun təxribatı Rusiya XİN-də müzakirə olundu
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb. Rusiya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş səfirin xahişi ilə baş tutub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılıb.
Oqtay Əsədov İordaniya parlament nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının Sədri Atef Taravnehin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Oqtay Əsədov bildirib ki, Azərbaycanla İordaniya arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkədə davamlı olaraq qarşılıqlı şəkildə mədəniyyət günləri keçirilir. İordaniya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının xüsusi rolu var.
BDM türk aktyorların Ermənistana səfərinə etiraz edir
Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsinin aktyorlarının erməni yazar Hagop Baronyanın “Şark Dişçisi” adlı əsəri əsasında teatr nümayişi ilə bağlı Ermənistana turneyə çıxmasına etiraz olaraq birgə bəyanat yayıb.














.jpg)