Qarabağla bağlı ƏN SON XƏBƏR
8 İyun 2017 10:21 SiyasətErmənistanın xarici işlər naziri Eduard Nalbandyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.
qafqazinfo xəbər verir ki, konfransda Nalbandyan Dağlıq Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib.
Jurnalistin "İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız?" sualı qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir jurnalistə əsəbiləşib:
"Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb".
Nalbandyan daha sonra münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun tövsiyyələrini dinlədiklərini iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31