Mübariz Əhmədoğlu: “Sərkisyan Kremlin adamının parlamentə sədr seçilməsinə imkan vermədi”

“Ermənistan parlamentinin sədri “Taşir” qrupunun başçısı S.Karapetyanın qardaşı K.Karapetyan deyil, A.Babloyan seçildi. A.Babloyan L.Ter-Petrosyanın dövründə səhiyyə naziri işləmişdi. Parlamentdə Ermənistan-Fransa Dostluq Qrupuna başçılıq edirdi. A.Babloyanı aralıq fiqur hesab etmək olar”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

"Ermənistan parlamentinin sədri "Taşir" qrupunun başçısı S.Karapetyanın qardaşı K.Karapetyan deyil, A.Babloyan seçildi. A.Babloyan L.Ter-Petrosyanın dövründə səhiyyə naziri işləmişdi. Parlamentdə Ermənistan-Fransa Dostluq Qrupuna başçılıq edirdi. A.Babloyanı aralıq fiqur hesab etmək olar". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, indiki vitse-spiker, keçmiş ədliyyə naziri A.Ovannisyan spiker təyin ediləcək: "Parlamentin spikeri mövzusunda əsas vurğu Moskvanın planlarını pozmaq idi. Kreml "Taşir" qrupunun başçısı S.Karapetyanın qardaşı K.Karapetyanı baş nazir görmək istəyirdi. S.Sərkisyan bunun qarşısını almaq üçün "Qazprom" Karen Karapetyanı baş nazir təyin etdi. İndi də S.Sərkisyan S.Karapetyanın qardaşını parlamentin spikeri olmasına imkan vermədi. Bu da Kremlin arzusu idi.

S.Karapetyanın qardaşı K.Karapetyan parlamentin ilk iclasına S.Sərkisyanın çıxışı bitdikdən sonra daxil oldu.

Parlamentin ilk iclasında hökumət istefaya göndərildi. Eyni zamanda dərhal K.Karapetyanı yenidən baş nazir təyin etdi. Parlamentdə çıxışında S.Sərkisyan 2040-cı ilədək ölkə əhalisinin sayının 4 milyona, ÜDM-in isə 3500 dollardan 15 min dollara çatdırılmasını məqsəd qoydu.

Bu fonda Baş nazir K.Karapetyanın S.Sərkisyandan narazılığı artır. Baş nazir K.Karapetyan 2018-ci ildə S.Sərkisyanın əvəzinə Ermənistanın başçısı olmağa hazır olduğunu bəyan etdi.

Baş nazir K.Karapetyanın Gümrüdə aldığı obyektdə tikinti işləri tamamilə dayandırılıb. Görünür K.Karapetyan özünün gələcək perspektivinə şübhə ilə yanaşır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31