Siyasət
Laçının işğalından 25 il ötür
Millət vəkili: “Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir”
“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiyanın Azərbaycana münasibətinin sonuncu göstəricilərindən biridir. Azərbaycan nə qədər Rusiya ilə yaxın qonşuluq münasibətlər qurmaq istəsə də, belə münasibətlər qursa da, Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir, Azərbaycana qarşı ən sərt addımlar atmaqdan belə çəkinmir”.
Deputatdan Rusiyadakı azərbaycanlılara SƏRT SÖZLƏR
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərarına münasibət bildirib.
"Bu məsələ ali səviyyədə həll olunmalıdır" - ÜAK-la bağlı AÇIQLAMA
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərər vurmayacaq". Bunu Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutu Analitika mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Leonid Qusev deyib. Onun sözlərinə görə, ölkələr iqtisadiyyat, siyasət və mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq edir.
Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını TƏSDİQ ETDİ
Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb. Düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bu gün səhər saatlarında rəsmi məlumat verilib.
"Ermənilər Tərtəri iki istiqamətdən atəşə tutublar" - İcra başçısı
Mayın 16-da axşam saatlarında Tərtər rayonunun təmas xəttində yerləşən ərazisi erməni silahlı birləşmələri tərəfindən iki istiqamətdən atəşə tutulub. Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, ermənilər həmin əraziləri minaatanlardan atəşə tutublar: "Təxminən saat 22:30 radələrinə qədər ərazilərimiz atəşə tutuldu. Kəndlərdə dağıntı yoxdur. Əsasən boş sahələrimiz atəşə tutulub. 22:30 radələrində Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurdu. Hazırda sakitçilikdir, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir".
Qarabağ problemi: savaşa doğru, yoxsa danışıqlar?
Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bütün ermənilərin Katolikosu 2-ci Qareginlə bu yaxınlarda görüşmək niyyətindədir. Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə keçiriləcək görüşün Moskvada baş tutacağı gözlənilir.
Azərbaycanın Gənc Dostları Klubu Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycanın Gənc Dostları Klubu adından litvalı həmsədr - Salomeya Lukaytedən və yunanıstanlı həmsədr - Dimitrios Asproulisdən prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır
Millət vəkili Fərəc Quliyev Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qərarına ciddi etiraz edərək, Azərbaycanı sərt mövqe nümayiş etdirməyə və Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb. “OLAYLAR”-ın xəbərinə görə, millət vəkili deyib ki, Azərbaycanda yüzlərlə rus məktəbi var.
Yaponiya arasında hərbi əlaqələrin yaradılması məsələləri müzakirə edilib
Mayın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
"ÜAK-ın ləğvi Rusiyanın da dövlət maraqlarına vurulan zərbədir"
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir". Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin arxasında müxtəlif məqsədlər dayana bilər.
"Rusiya çalışır ki, Xəzər dənizi əməkdaşlıq üçün nümunə olsun"
"Rusiya çalışır ki, Xəzər dənizi qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olsun". Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, Rusiya Xəzər dənizi ölkələri ilə əməkdaşlığı ən vacib məsələlərdən biri hesab edir: "Rusiya hazırda bunu həyata keçirir.
Ermənilər güclü Azərbaycandan vahiməyə düşür, öz acizlikləri ilə barışmalı olurlar
“Bütün beynəlxalq tədbirlər kimi IV İslam Həmrəyliyi Oyunlarının da məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyil. Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır”.
Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar
Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 19-dək Serbiyanın paytaxtı Belqrada səfərə gedəcəklər.
Prezident "WorldFood Azerbaijan" və “CaspianAgro 2017” sərgiləri ilə tanış olub
Prezident İlham Əliyev bu gün Bakıda keçirilən 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2017") və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("CaspianAgro 2017") sərgiləri ilə tanış olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov ölkə başçısına sərgilər barədə ətraflı məlumat verib.














