Siyasət
Erməni maraqlarına qurban verilən strateji tərəfdaşlıq
Son günlər Azərbaycan cəmiyyətində əsas narahatedici məqam Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı qəbul etdiyi qərardır. Xəbərlərdən də aydın olduğu kimi, mayın 15-də sözügedən qurum Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar qəbul edib. Rusiya Ali Məhkəməsinin məlum qərarı Azərbaycan cəmiyyətində birmənalı olaraq hiddət doğurub. Birmənalı olaraq Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərarı bilavasitə Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır.
ÜAK-ın ləğvi siyasi qərardır
Rusiya Ədliyyə Nazirliyinin təqdimatı əsasında bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Azərbaycanla Rusiya strateji müttəfiq ölkələrdir, siyasi, iqtisadi, hərbi və mədənu əlaqələri mövcuddur, üstəlik beynəlxalq təşkilatlarda bir-birlərimim maraqlarını müdafiə edirlər, onda sözügedən qərarın hüquqi müstəvidə qəbul eilməsi barədə düşünmək sadəlövlük olardı. Çox güman ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi belə bir addım atarkən gözlənilən reaksiyanə da nəzərə alıb. Bu isə o anlama gəlir ki, Rusiya Ali Məhkəməsinin məlum qərarı sırf siyasi xarakter daşıyır.
Ermənistan növbəti təxribata hazırlaşır
Son həftələr Ermənistanın cəbhə xəttində təxribat hərəkətlərinin sayı artıb. Əvvəlki aylara nisbətən cəbhə xəttində atəşkəs rejiminin avtomat silahlar deyil, pulemyot və minaatanlar vasitəsilə pozulması, Azərbaycan Silahlı Qüvvələrinin strateji əhəmiyyət kəsb edən nöqtələrini hədəf almaq üçün işğal altında olan ərazilərimizdə yeni raket qurğularının yerləşdirilməsi, eləcə də artıq silahlı qüvvələrin mövqeləri ilə yanaşı yaşayış məntəqlərinin də atəşə məruz qalması deyilənləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.
İlham Əliyev: "Xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün ölkənin iqtisadi vəziyyəti tam fərqli ola bilərdi"
Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling" Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində çıxışı zamanı deyib.
""İskəndər" sistemlərinin Ermənistana verilməsi vəziyyəti destabilizə edir" - Helsinki komissiyası
ABŞ Helsinki komissiyasının sədri, senator Rocer Uiker Vaşinqtonda keçirilmiş dinləmələrdə Rusiya tərəfindən qonşu ölkələrə təhlükəli silah sistemlərinin verilməsi faktını qaldırıb. Senator Rusiyanın ATƏT üzvü olan Ermənistana "İskəndər-E" raket sistemlərinin təhvil verdiyini vurğulayıb.
Şimali Kipr televiziyasında ÜAK-ın ləğvi ilə bağlı müzakirə aparılıb
Şimali Kiprin yüzdən artıq ölkədə yayımlanan "Gənc TV" kanalında "Həftəyə baxış" analitik proqramının növbəti buraxılışı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə həsr olunub.
Komitə sədri: “ÜAK-ın qeydiyyatının bərpası üçün sonadək mübarizə aparımalıdır”
“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin fəaliyyətinin nəticəsidir”. Bu sözlər Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov Rusiya Ədliyyə Nazirliyinin təqdimatı əsasında Rusiya Ali Məhkəməsinin mayın 15-də ÜAK-ın qeydiyyatını ləğvinə daiq qərarını şərh edərkən deyib.
Erməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİ
Durmadan artan itkilər, əsgərlərin bir-birlərini güllələməsi, təxribat əməliyyatlarının uğursuzluğu, ordu daxilindəki xaos, Azərbaycan ordusunun düşmənə məxsus zenit-raket kompleksini, digər texnika və hərbi obyektləri məhv etməsi Ermənistan ordusunu iflic vəziyyətə salıb.
Azərbaycan dünyaya dostluq, həmrəylik və birlik nümayiş etdirir
Ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayır. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır. Heç də Ümumdünya Olimpiya Oyunlarının fəlsəfəsindən və ideologiyasından geri qalmır. Beynəlxalq Olimpiya Hərəkatının fəlsəfəsi və ideologiyası ilə üst-üstə düşür. "Bakı - 2015" ilk Avropa Oyunlarında olduğu kimi, sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"ı da idman tarixinə yeni səhifə yazacaq.
Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
"Dağlıq Qarabağ: "Məxəzlərdən oxunmuş tarix" kitabı İsveçrədə alman dilində işıq üzü görüb"
"Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabı İsveçrədə alman dilində çap olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabı (Berg-Karabach. Aus den Quellen erforschte Geschichte) İsveçrənin "Publishing Partners" nəşriyyatı tərəfindən alman dilində çap olunub.
Politoloq: “Rusiyanın bəzi rəsmiləri ermənilərin tələsinə uymamalıdır”
“Azərbaycan cəmiyyətinin rus xalqına, dilinə və mədəniyyətinə dövlətinə münasibəti çox unikaldır. Əksərən qərbdə, o cümlədən yaxın qonşularımızda bizim xalqın rus xalqına münasibətinin mahiyyəti başa düşülmür. 20 yanvarı və Qarabağ işğalını yaşamış xalqın adı hər iki hadisədə təmsilçilərinin hallanan xalqa qarşı belə münasibəti paradoksaldır. Təbii ki, Azərbaycan tolerant xalqdır, multikultural ənənələrin min illik tarixi var. Amma Azərbaycan cəmiyyətinin rus xalqına, dilinə, mədəniyyətinə münasibətini tolerantlıqla izah etmək sadəcə məsələnin çox bəsit tərəfidir. Bu daimi diqqət və qayğı tələb edən məsələdir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Millət vəkili: “ÜAK-ın qeydiyyatının ləğvi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd qərardır”
“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd qərardır və bu qərarın münasibətlərə mənfi təsiri olacaq”. Bunu mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edilməsinə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov deyib.














