Siyasət
Orduda qırğın gedir: onlarla əsgər ÖLDÜ
Sevginin növləri: sizdə hansındandır?
Ən geniş yayılmış sevgi tipologiyalarına Dimitri Li tərəfindən irəli sürülmüş tipologiya nəzəriyyəsi daxildir. Nəzəriyyədə irəli sürülən tipologiyalar təxminən 807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir.
Avropa İttifaqından Dağlıq Qarabağ AÇIQLAMASI
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki status-kvo dayanıqlı deyil. Bu barədə Avropa İttifaqının (Aİ) "Avropa qonşuluq siyasəti icmalının icra edilməsi barədə" məruzəsində deyilir.
XİN: "Ermənistan rəhbərliyinin açıqlaması ziddiyyət təşkil edir"
"Ermənistan rəhbərliyinin açıqlaması ATƏT-in baş katibinin saxlanmasına təqdim edilmiş Yenilənmiş Madrid prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mükafatlandırma mərasimində iştirak edib
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçuların mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib. Bu çəkidə dünya çempionumuz Cavid Çələbiyev birinci olub. Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan MN: Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
"Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuz da nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağından ehtiyat edən Ermənistanın hərbi-siyasi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu kimi, həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir".
Əflatun Amaşov: "Rusiyada vətəndaşların birləşmək azadlığı pozulur"
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvi onu göstərir ki, Rusiyada yaşayan, ona sığınan insanların hüquqları qorunmaya da bilər". Bunu Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Onun sözlərinə görə, bu addım istər-istəməz Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək: "Heç zaman Azərbaycan, azərbaycanlılar tərəfindən Rusiya dövlətçiliyinə arxadan zərbə vurulmayıb. Amma başqa xalqların nümayəndələri üçün bunu deyə bilmərik.
Müşfiq Ələsgərli: “Bu, media üçün çox önəmli məqamdır”
“Beynəlxalq jurnalist təşkilatlarının maraqlı bir tezisi var: deyirlər ki, “peşəkar jurnalistika layiqli iş mühitindən və layiqli təminatdan keçir”. Təbii ki, jurnalist nə qədər çalışqan, işinə, peşə prinsiplərinə sadiq olursa-olsun, əməyinin qarşılığını almayınca, gündəlik qayğılarını, ehtiyaclarını ödəyə bilmirsə, bu sahəni tərk edir, dolanışıq üçün başqa sahələrə üz tutur. Biz Azərbaycan mediasında da müəyyən müddət bu halın şahidi olmuşduq”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Akif Nağı: “Azərbaycan özünün konkret müttəfiqlərini müəyyənləşdirməlidir”
“Ümumiyyətlə beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalı olaraq aydındır. Onlardan başqa mövqe gözləməyə bundan sonra da ehtiyac yoxdur”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Politoloq: “Rusiya Azərbaycana qarşı məkrli siyasətini davam etdirir”
“Rusiya Federasiyasının Ali məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması haqqında Ədliyyə Nazirliyinin qaldırdığı vəsadəti təmin edib. Bir sıra politoloqlar bu qərarın Rusiya-Azərbaycan münasibələrinin korlanmasına yönəlmiş “erməni barmağı” kimi dəyərləndirirlər. Əslində hadisənin bu formada qiymətləndirilməsi bir qədər qorxaq yanaşmadır və eşşəyi qoyub palanı döyəcləmək məsəlini xatırladır. Ən üzücü olan isə Rusiyanın belə bir qərar verməsində məntiqin olmamasıdır. Azərbaycan tərəfi Rusiya ilə münasibətdə hər zaman açıq siyasət apararaq, yaxın qonşuluq və dostluq əlaqələrinə səmimi olaraq əməl edib”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Deputat: "Rusiya siyasətində ciddi dəyişiklik etməlidir"
“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Ziyafət Əsgərov parlament rəhbərlərinin sammitinə qatılacaq
Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa Dövlətlərinin Parlament rəhbərlərinin sammiti keçiriləcək. Tədbirdə Milli Məclisi Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək.
Qənirə Paşayeva dünya qadınlarının sammitində Dağlıq Qarabağdan danışıb
Millət vəkili Qənirə Paşayeva Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində iştirak edib. Deputat sammitdə müzakirə ediln məsələlərə münasibət bildirərməklə yanaşı, maraqlı təkliflərlə də çıxış edib. Qeyd edək ki, dünyanın 50-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən vitse-prezident qadınlar, nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.
"ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır"
"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi təəssüf doğuran bir haldır". Bunu açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.
İlham Əliyev: "Bütün bu işləri ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin"
"Bütün bu işləri ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling" Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində çıxışı zamanı deyib.














