Siyasət

"Hamı Həzrəti Əli olmur ki!.." - Siyavuş Novruzov

17 May 2017 15:07

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında sərəncam imzalayıb.  Sərəncama münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovmodern.az-a deyib ki, AXC ilə bağlı istər mərhum eks-prezident Heydər Əliyev, istərsə də hazırkı ölkə başçısı İlham Əliyev tərəfindən mütəmadi şəkildə sərəncamlar verilib. Onun sözlərinə görə AXC qurucularının adının əbədiləşdirilməsi ilə bağlı lazımi addımlar atılıb və bu proses indi də davam edir.

Eldar İbrahimov: "Bakı-2017" İslam aləmində həmrəyliyə böyük töhfə verəcək” 

17 May 2017 14:46

“IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımdır”. Bunu  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.  

Aydın Hüseynov: "İnanırıq ki, ÜAK-la bağlı məsələ müsbət həllini tapacaq"

17 May 2017 14:43

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı qərar həqiqəti əks etdirməyən subyektiv qərardır. Bu, Azərbaycanla yanaşı, Rusiyanın da maraqlarına uyğun addım deyil. Ümid edirik ki, bu məsələ müsbət həllini tapacaq, Rusiya dövlətinin rəhbərliyi öz müdrikliyini göstərəcək və iki dövlət arasında münasibətlərə xələl gətirəcək heç bir addım atılmayacaq". Bu fikirləri Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov bildirib.

Rusiya Ali Məhkəməsinin qəbul etdiyi qərar son deyil

17 May 2017 14:32

Rusiyanın Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatınıləğv etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Hüquqi, siyasi ekspertlərdən tutmuş sıravi vətəndaşlara qədər bütövlükdə Azərbayan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğv olunmasını siyasi sifariş kimi qiymətləndirir.

“Üzərimizə düşən işi yüksək diqqət və peşəkarlıqla həyata keçirməyə çalışırıq”

17 May 2017 14:24

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yarandığı gündən həyata keçirdiyi qrant müsabiqələrində insan hüquqlarının qorunması, cəmiyyətdə plüralizmin, demokratik mühitin inkişafı məqsədi ilə əhalinin maarifləndirilməsi, eləcə də gənc nəslin vətənpərvər ruhda böyüməsi sahəsində olan layihə təkliflərinin dəstəklənməsi fəaliyyətinin prioritetləri sırasındadır. Şura katibliyinin məsləhətçisi Mirzağa Zaidov deyib ki, son iki ildə icrasına nəzarət üzrə təhkim olunduğum “İnsan hüquqları və demokratiya məsələləri”, “Şəffaflıq və institusional məsələlər” və “Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” istiqamətləri üzrə QHT layihələrinin icra vəziyyəti və əldə olunan nəticələr də qənaətbəxş hesab edilə bilər.

“ÜAK-ın qeydiyyatının ləğvi dünyadakı erməni lobbisinin sevincinə səbəb olub”

17 May 2017 14:14

“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub. Çünki ÜAK Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi”. Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Erməni xalqı qorxuya düşüb”

17 May 2017 14:12

“Artıq erməni xalqı qorxuya düşüb. Onlar nə qədər hay-küylü bəyanat verirsə, deməli qorxurlar”. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, erməni ordusunda nizam-intizam yoxdur. Politoloqun sözlərinə görə, Ermənistan ordusuna müdafiə naziri qədər bələd olan və Dağlıq Qarabağda müharibə zamanı kəşfiyyatçı olmuş Vova Vartanov Ermənistanın Azərbaycana düşmən münasibətdə olan İŞİD-lə əməkdaşlıq etməli olduğunu deyib. Politoloq həmçinin Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı, general-mayor Andranik Makaryan RF-in prezidenti və ali baş komandanı V.Putinin ona əmr edə bilməyəcəyi ilə bağlı fikrini şərh edib.

Politoloq: “ÜAK-ın qeydiyyatının ləğvi Rusiyanın Azərbaycana mesajıdır”

17 May 2017 14:11

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi yumşaq dildə desək Rusiyanın Azərbaycana mesajıdır. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ AÇDI: Ermənistanın məhvi üçün DARALAN ZAMAN

17 May 2017 14:04

“Azərbaycan Qarabağın münaqişəsininnizama salınması ilə bağlı Ermənistanın qarşısına son tələbini qoydu: sülh əvəzinə ərazilərin qaytarılması”. Bu barədə erməni jurnalist Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb.

Mətbuat ofisi: ATƏT sədri Cənubi Qafqaz regionuna səfər edəcək

17 May 2017 13:51

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurzun Cənubi Qafqaz regionuna səfəri bu il ərzində baş tutacaq. Bu barədə Avstriya sədrliyinin mətbuat ofisindən məlumat verilib. Bildirilir ki, səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib.

"ÜAK-ın ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib"

17 May 2017 13:28

Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib. Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrin olduğunu deyən R.Rzayev ÜAK-ın ləğvini də ermənilərin təxribatı sayıb: “Rusiya ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır”.

ÜAK-ın ləğv edilməsi  Rusiyada ermənipərəst dairələrin fəaliyyətinin nəticəsidir

17 May 2017 13:22

Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmişdir. Bunun üçün göstərilən əsaslar tam subyektiv olmuş (məsələn, “təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”, yaxud “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması”), hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”.

ÜAK-ın ləğvi qərarı Moskva-Bakı münasibətlərinə təsir göstərməyəcək

17 May 2017 13:11

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə mühüm təsir göstərməməlidir. Bunu beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, təşkilatın bağlanması siyasi deyil, hüquqi müstəvidə dayanan bir məsələ olub: “Ona görə, hesab etmək olar ki, heç bir maneə olmadan diasporun maraqlarını müdafiə edən digər təşkilat yaradıla bilər”.

İdarəçilik Akademiyası: Azərbaycandakı rus icmasının nümayəndələri də ÜAK-ın ləğvi qərarından narazıdır

17 May 2017 13:10

Azərbaycandakı rus icmasının nümayəndələri də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərarın verilməsindən narazıdırlar. Bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyev deyib. O bildirib ki, ÜAK sıralarında minlərlə azərbaycanlını birləşdirir: